Accessibility links

Yüzlərlə İsrail səyahətçisi Misrin Sinay yarımadasından geri qayıtdı


Yüzlərlə İsrail səyahətçisi Misrin Sinay yarımadasından geri qayıtdı
Yüzlərlə İsrail səyahətçisi Misrin Sinay yarımadasından geri qayıtdı

Israil polisi hökumətin sərt xəbərdarlığından sonra yüzlərlə İsrail səyahətçisinin çərşənbə günü Misrin Sinay yarımadasından geri qayıtdığını deyib.

Israil polisi hökumətin sərt xəbərdarlığından sonra yüzlərlə İsrail səyahətçisinin çərşənbə günü Misrin Sinay yarımadasından geri qayıtdığını deyib.

Çərşənbə axşamı İsrail hökuməti terror hücumu təhlükəsi ehtimalına görə israilliləri yarımadanı tərk etməyi tələb edib.

Israilin terrorizm əleyhinə mübarizə idarəsi Sinai yarımadasından israilliləri Qəzza zolağına qaçırmaq cəhdinə dair dəlillərin olduğunu bildirib. İsrail rəsmiləri yarımadada istirahət edən insanların ailələri ilə əlaqə saxlayaraq onların İsrailə geri dönməsini tələb edib.

İsrail hökumətinin terror cəhdi ilə bağlı əvvəlki xəbərdarlıqlarına baxmayaraq, 20 000 yaxın israilli yəhudilərin Pasxa bayramı zamanı yarımadaya səyahət edib.

Sinay yarımadası İsraillilər və qərb turistlərinə qarşı terror hücumlarına səhnə olmuşdur. 2004-cü ildə intiharçıların Sinay mehmanxanası və israillilərin qaldığı yerlərə hücumu nəticəsində 34 nəfəri ölmüş və 120-dən artıq insan yaralanmışdır.

XS
SM
MD
LG