Accessibility links

Yüzlərlə fransız polis ravvin və uşaq qatilini axtarır


Yüzlərlə polis zabiti dünən Fransanın Tuluz şəhərində, yəhudi məktəbində ravvin və üç usağı qətlə yetirən adamı axtarır. Bu arada ölkə boyu hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daxili işlər naziri Klaud Guent müxbirlərə deyib ki,silahlı şəxsin kimliyi hələ də qeyri-müəyyən qalır. Lakin o, qatilin sonradan görüntüləri internetdə nümayiş etdirmək üçün kiçik kameradan istifadə edərək hadisəni lentə aldığını ehtimal etdiyini deyib. Nazir əlavə edib ki, şahidlər qatili soyuqqanlı və dəhşətli qəddarlıq nümayiş etdirən şəxs kimi təsvir edirlər. Cinayətdə şübhəli bilinən şəxsin ötən həftə Şimali Afrika və Karib əsilli üç fransalı əsgərin fərqli vaxtlarda qətlə yetirilməsində də əli olduğu ehtimal olunur.

XS
SM
MD
LG