Accessibility links

Müdafiə nazirliyi zabitin snayper atəşi ilə vurulduğunu bildirir

Yanvarın 23-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Elnur Cəfərov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
XS
SM
MD
LG