Accessibility links

“Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət yanvarın 28-də Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq edilib.

Z.Əzəmət bildirib ki, onu bölgələrdə olan etirazların saytlarda işıqlandırılmasını monitorinq edən Mətbuat Şurasının (MŞ) qiymətləndirməsi ilə bağlı çağırıblar.

“Bu aksiyalar barədə yaydığımız adi xəbərlərin təhrikçilik, çağırış olduğunu sübut etmək istəyirdilər”, o qeyd edib.

Baş redaktorun sözlərinə görə, MŞ yayılan xəbərləri əsassız olaraq çağırış kimi dəyərləndirib.

“Mən də bu xəbərlərdə hər-hansı təhrik və ya çağırış olmadığını dedim, rayonlarda bahalığa qarşı aksiyalar olub, biz də bunu işıqlandırmışıq”, deyə baş redaktor cavab verdiyini bildirib.

O bildirib ki, bununla artıq ikinci dəfədir MŞ sayt barədə ölkə prokurorluğuna müraciət edir.

“Bunu təzyiq kimi, müstəqil fəaliyyətimizi pozmaq cəhdi kimi dəyərləndirirəm”, Z.Əzəmət qeyd edib.

Baş prokurorun birinci müavini Rüstəm Usubovla söhbətdən sonra rəsmi xəbərdarlığı imzalayaraq, prokuroluğu tərk etdiyini deyən baş redaktor yenə də çağırıla biləcəyi xəbərdarlığı aldığını da vurğulayıb.

XS
SM
MD
LG