Accessibility links

Pakistanda radikal İslam əleyhinə çıxış edən fəal öldürülüb


Taliban və radikal islam qruplarının əleyhinə çıxışları ilə tanınan pakistanlı fəal öldürülüb.

Kurran Zaki ötən şənbə axşam saatlarında Karaçi şəhərində güllələnib.

Polis Zaki yol kənarında restoranda müxbir yoldaşları ilə nahar edən zaman dörd motosikletçinin ona atəş açdığını deyib. Hadisə zamanı onun yanında olan yoldaşları və digər kənar şəxslər yaralanıb.

Reuters xəbər agentliyi bildirib ki, Talibanın bir qolu olan Hakemullah qrupu Zakinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb. Lakin polis hücumu həqiqətən də onların törətdiyini yoxlaya bilməyib. Əvvəllər bu qrup törətmədiyi hücumlara görə məsuliyyəti öz üzərinə alıb.

Mərhum journalist Zaki İslamabaddan islamçı ekstremizmi dəstəkləyən Qırmızı Məscidin baş imamı Əbdül Əzizə qarşı kampaniyalar həyata keçirməsi ilə tanınırdı.

2014-cü ildə imam Peşəvərdə məktəblilərin qətliyamını pisləməkdən imtina etdikdən sonra digər insan haqları fəalları ilə bərabər Zaki məscidin önündə nümayiş keçirmişdi.

Həmin vaxt o və digərləri imamı şiə azlıqlara qarşı hücumlara təhrik etməkdə ittiham edərək ona qarşı məhkəmə işinin açılması üçün müraciət etmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG