Accessibility links

Azərbaycan müdafiə naziri Türkiyəyə səfər edib


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Zakir Həsənov yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşəcək

Dekabrın 24-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə rəsmi səfərə yola düşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, dekabrın 25-dək davam edəcək səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

Türkiyə mediasının məlumatına görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə müdafiə naziri Ismet Yılmaz və baş qərargah rəisi orgeneral Necdet Özel başda olmaqla bir sıra yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşəcək.

General Həsənov Türkiyə Aviasiya və Kosmos Sənayesi (TAI) və ASELSAN-da (Hərbi Sənaye Kompleksi) olacaq.
XS
SM
MD
LG