Accessibility links

Azərbaycanın müdafiə naziri Zakir Həsənov avqustun 11-də Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib.

Məlumatda deyilir ki, nazir bu ilin aprelində Azərbaycan Ordusunun erməni qüvvələri ilə apardığı döyüşlərdən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirib.

Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb.

Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyəti, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, bina içi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları icra edib.

XS
SM
MD
LG