Accessibility links

Azərbaycan müdafiə naziri Moskvaya gedib


Zakir Həsənov və Sergey Şoyqu
Zakir Həsənov və Sergey Şoyqu

Azərbaycanın müdafiə naziri Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gedib.

Səfər çərçivəsində Z.Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək. Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Z.Həsənov və S.Şoyqu iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif aspektlərini, regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması gözlənilir.

Z.Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri nəzərdə tutulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG