Accessibility links

Baş prokuror ukraynalı həmkarına müraciət edib


Baş prokuror Zakir Qaralov

Baş prokuror Zakir Qaralov

Azərbaycan Baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Azərbaycanın Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Ukraynanın Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənərək, ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.

Baş Prokuror Zakir Qaralov araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirib.

XS
SM
MD
LG