Accessibility links

Türkiyə azad mətbuata təzyiqlərə görə tənqidlər altındadır


Türkiyə azad mətbuata təzyiqlərə görə tənqidlər altındadır. Hökumətin Zaman qəzetini bağlamasından sonra Avropa Jurnalist Federasıyası bildirib ki, Avropa İttifaqı Türkiyənin bu əməlinə göz yummamalıdır.

Türkiyənin baş naziri Əhməd Davutoğlu qəzetin bağlanmasının siyasi motivlərə əsaslanmadığını desə də, bu mətbuat orqanı terrorçuların maliyyələşdirilməsi ittihamı ilə istintaqa cəlb edilib.

Avropa İttifaqı Türkiyənin bu əməlinə göz yummamalıdır

​Polis Amerikada yaşayan dini lider Fətullah Gülenin tərəfdarlarına qarşı basqılarını artıraraq Zaman qəzetinin ofisinə reyd keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güleni ədliyyə sistemi, polis və mediada tərəfdaşlar yaratmaqla hökuməti devirmək cəhdində ittiham edir.

Gülen isə iddiaları rədd edir. Onlar arasında düşmənçilik 2013-cü ildən, Gülenin korrupsiya şikayətindən sonra yaranıb.

ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Peter Bextold Amerikanın Səsinə Zaman qəzetinin redaksiyasında olduğunu və bu mətbuat orqanının New York Times qədər tanındığını bildirib. O, ingilisdilli Today's Zaman-ın savadlı dildə və qeyri-radikal mövqedə yazılar dərc etdiyini deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Ankaranı mətbuat orqanlarının maliyyə proseslərinin məhkəmə qərarına əsasən və qanun çərçivəsində yoxlanmasının təminat altına alınmasına çağırıb.

Zaman Türkiyənin ən çox satılan qəzetidir. Onun 650 min abunəçisi var.

Jurnalistlərin Müdafiəsi Təşkilatı Türkiyənin son əməlinə reaksiya bildirib. Təşkilatın rəhbəri Coel Simon deyib ki, Türkiyə rəsmiləri aqressiv əməllərdənsə, azad mətbuat öhdəliklərinə riayət etməlidir.

Türkiyə rəsmiləri aqressiv əməllərdənsə, azad mətbuat öhdəliklərinə riayət etməlidir

Türkiyə jurnalistlərin həbsinə görə dünyada öndə gedən ölkələr arasındadır.

Türkiyə polisi ölkənin əsas mətbuat orqanının bağlanmasına etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG