Accessibility links

Şahrux Zamani iki həftədən artıqdır aclıq aksiyası keçirir


Şahrux Zamani
Şahrux Zamani
Hüquq müdafiəçiləri iki həftədən artıqdır Kərəcin Qızıl Hasar zindanında aclıq edən güneyli əmək fəalı Şahrux Zamaninin sağlığı ilə bağlı narahat olduqlarını bildirir. Təbrizli fəal ötən mart ayının 11-də gözlənilmədən Rəcayi-şəhr zindanından Qızıl Hasar zindanına köçürüldükdən bəri aclıq aksiyasına başlayıb.

“Şahrux Zamani ötən fevral ayında Rəcayi-şəhr zindanında saxlandığı bölmənin kitabxanasının qapadılmasına etiraz etdiyi üçün bir həftə təkadamlıq kamerada saxlanılıb və sonra zindanda üsyan etmək ittihamı ilə məhkəməyə göndərilib,” deyə İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi qeyd edib.

Azərbaycanlı əmək fəalı hazırda məhkum olduğu 11 illik həbs cəzasını çəkməkdədir. O, 2011-ci il iyunun 7-də Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən tutulub və bir aydan artıq Ettelaat həbsxanasının təkadamlıq kamerasında sorğu-sual edildikdən sonra zindana göndərilib.

Amnesty International-ın vicdan məhbusu adlandırdığı fəal Təbrizdən əlavə hazırda saxlanıldığı Qızıl Hasar zindanı, habelə Yəzd və Kərəcin Rəcayi-şəhr zindanında da saxlanılıb.
XS
SM
MD
LG