Accessibility links

“Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Z.Hacı Amerikanın Səsinə bildirib ki, polis idarəsinə çağırılması publicist Rafiq Tağının ölümünün ildönümündə, noyabrın 23-də Facebook səhifəsində yazdığı statusla bağlı olub.

Satatusda yazılıb: “Son 26 ildə Azərbaycanda törədilən qətl və terror hadisələrinə görə demək olar heç kim cəza almayıb. Bu hadisələrin qısa, indi yadıma düşən siyahısı:

20 yanvar, Xocalı, 20 noyabr vertolyot terror, Ziya Bünyadovun qətli, hərbi hava qüvvələrinin komandanı Rail Rizayevin qətli, jurnalist Elmar Hüseynovun qətli, jazıçı-publisist Rafiq Tağının qətli və sairə (ardını şərhdə siz yazın).

Belə ölkədə necə sabitlikdən, dövlət quruculuğundan danışmaq olar, əgər bu cinayətlər cəzasız qalıbsa?” sual edilir.

Jurnalistin sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsində onunla söhbətdə Daxili İşlər Nazirliyinin əməkdaşı da iştirak edib.

“Mənə bildirdilər ki, ölkədə sabitlik hökm sürür. Mənim yazdığım status ictimai-siyasi duruma kölgə salır”.

Jurnalistlə söhbət 45 dəqiqə çəkib.

Bir neçə ay öncə də köşə yazarı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Show comments

XS
SM
MD
LG