Accessibility links

Vəkil Cahangir Hacıyevin həyat yoldaşının həbsi ilə bağlı xəbərləri təkzib edir


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın həbs ediməsi ilə bağlı məlumatlar tam yalandır. Zamirə Hacıyeva həbs ediməyib, o xaricdədir". Bu barədə Cahangir Hacıyevin vəkili Aqil Layıcov Amerikanın Səsinə bildirib.

Vəkil eyni zamanda Zamirə Hacıyeva barəsində həbs qətimkan tədbiri seçilməklə bağlı məhkəmənin qərarının olub-olmaması barədə məlumatsız olduğunu bildirib.

Xatırladaq ki, bir sıra yerli KİV-lər, o cümlədən sosial şəbəkələr Zamirə Hacıyevanın həbs olunması barədə Nərimanov Rayon Məhkəməsinin iyunun 1-də qərar çıxardığnı yazıb. Onun həbsi barədə təqdimatı isə Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən verildiyi bildirilir.

KİV-lər yazır ki, Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.

Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2015-ci il dekabrın 5-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG