Accessibility links

Zəncan vilayətinin 355 kəndində təmiz içməli su sıxıntısının mövcüd olduğunu bildirən Zəncan Tibb Universitetinin sağlıq bölümünün rəhbəri Camal Nasihi kirli su vasitəsilə meydana gələn xəstəliklərin ölümlə nəticələnə biləcəyini vurğulayıb.

“Zəncanın 355 kəndində yaşayan 15580 ailə sağlam içməli su qıtlığı ilə qarşı qarşıyadır,” deyə Nasihinin verdiyi məlumat İranın Təsnim xəbər agentliyi tərəfindən yayılıb.

O, həmçinin kirli sularda mövcüd olan xəstəliklər üzündən hər il dünyada iki milyona yaxın insanın həlak olduğunu və ya vəba kimi xəstəliklərə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, 88 faiz uşaq xəstəlikləri də sağlam su içməməklə əlaqəlidir.

Azərbaycan veb səhifələri İran Azərbaycanının digər vilayətlərinin kəndlərində də içməli su ilə bağlı ciddi sıxıntıların mövcüd olduğu qeyd edirlər.

Urmiyə Gölü ətrafındakı ekoloji böhran Şərqi və Qərbi Azərbaycan vilayətlərinin kəndlərində yeni su böhranının meydana çıxmasına səbəb olub.

XS
SM
MD
LG