Accessibility links

İşçi və işəgötürən arasında razılıq əldə edilib

Zəncanda İran Transfo zavodunun özəlləşdirilməsinə etiraz olaraq keçirilən 1500-dən artıq işçinin 17 günlük aksiyası işçi təmsilçiləri, işəgötürən və valilik rəsmiləri arasında uzlaşma sənədi imzalanması ilə sona çatıb.

İLNA (Iranian Labour News Agency) agentliyi işçilərin əsas tələblərinin imzalanmış sənəddə yer aldığını yazıb.

Agentliyin məlumatına görə, sənəddə işçi sayının azaldılmasına dair layihələrin icrasına icazə verilməyəcəyinə söz verilib.

Zəncan vilayəti Əmək və Sosial Müdafiə İdarəsi sədrinin bildirdiyinə görə, uzlaşma sənədində həmçinin tətil keçirən və mitinqlərə qatılan işçilərin işdən çıxarılmayacağı qeyd olunub.

Keçən günlərdə aksiyaya qatılan bir neçə işçinin işdən çıxarıldığına dair xəbər agentliklərində məlumat yayılıb.

Təxminən 3 min işçinin çalışdığı İran Transfo Yaxın Şərqin ən böyük transformator istehsalı zavodu hesab edilir.

XS
SM
MD
LG