Accessibility links

İran xəbər agentlikləri Zəncan vilayətinin mərkəzi Zəncan şəhərində su böhranı ilə bağlı vəziyyətin təhlükəli, vilayətin bir neçə digər şəhərində isə durumun təhlükəliyə yaxın olduğunu bildirir.

İSNA və Mehr agentlikləri Zəncandakı su qıtlığı ilə bağlı məlumatı vilayətin su idarəsinin sədr müavini Əli Məmməd Nadirxaniyə istinadən yayıblar.

“Bu xəbərdarlıq ciddiyə alınmalıdır. Təəsüflə Zəncanda su qıtlığı qırmızı (təhlükəli) vəziyyətdədir. Durum vilayətin digər şəhərlərində də yaxşı deyil. Əbhər, Qeydar, Mahnişan və Sührəvərd şəhərlərində vəziyyət narıncıdır (təhlükəliyə yaxın)”-deyə Nadirxaninin sözləri mediada əks olunub.

Xəbər agentlikləri 2014-cü ildə də Zəncanın 355 kəndinin sağlam içməli su qıtlığı ilə qarşı qarşıya olduğunu bildirmişdi.

İran mediasına müsahibə verən yerli məsullar və ekspertlərin dediklərinə görə, su qıtlığının təhlükəli duruma çatdığı zamanlarda xüsusilə kəndlərdə kirli su vasitəsilə meydana gələn xəstəliklər yayılmağa başlayır.

Veb səhifələri İran Azərbaycanının digər vilayətlərinin kəndlərində də içməli su ilə bağlı ciddi sıxıntıların mövcüd olduğu yazırlar. Urmiyə Gölü ətrafındakı ekoloji böhran Şərqi və Qərbi Azərbaycan vilayətlərinin kəndlərində yeni su böhranının meydana çıxmasına səbəb olub.

XS
SM
MD
LG