Accessibility links

Zəncan vilayətində polisin peyk antennalarına qarşı reyd keçirəcəyi bildirilir

İran mediasında yayılan məlumata görə, Zəncan vilayətinin polis qurumu bu yaxınlarda peyk antennalarından istifadənin qarşısını almaq və peyklərin evlərdən toplanması istiqamətində geniş hərəkata başlayacaq.

Zəncan vilayətinin polis komandiri Əlirza Salehi peyk antennaları ilə ciddi mübarizənin Zəncan polisinin əsas missiyası olduğunu qeyd edib. İranın yarı-rəsmi Mehr xəbər agentliyi komandirin sözlərinə istinadən məlumat verib: “Peyk şeytan alətidir, peyk vasitısilə yayılan proqramlar əhali arasında əxlaqsızlıq və qeyri-münasib əlaqələri təşviq edərək, dini dəyərlərimizi sual altını alır. Burada düşmənin əsas hədəfi gənclərimizdir.”

İranın Ali ruhani lideri Ayətulla Xameneyinin Zəncan vilayətinin Əbhər şəhərində nümayəndəsi isə peyk antennaları ilə mübarizəni mədəniyyətlərin toqquşması məsələsi kimi dəyərləndirib. “Əlaqədar məsullar Qərb kültürü və qeyri-münasib ictimai münasibətləri reklam edən peyklərə qarşı ciddi mübarizə aparmalıdırlar,”-deyə Höccətül-İslam Cəfər Rəhimi polisi “şeytanın təbliğatı” savaşmağa çağırıb.

İran qanunlarının vətəndaşların peyk antennalarından istifadəni yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgələri, xususilə də Azərbaycan şəhərləri və kəndlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir. Bəzi İran millətçiləri İran Azərbaycanında uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlərdən türk dilini öyrənməsini “ölkənin milli təhlükəsizliyinə qarşı təhdid” kimi dəyərləndirib, məsulların bununla bağlı ölçü götürməsini istəyirlər.
XS
SM
MD
LG