Accessibility links

Yanvarın 30-da Zaqatalada rayonunda (Bakıdan 418 kilometr şimal-qərb) keçirilməsi planlaşdırılan aksiyaya görə 7 nəfərdən çox yerli sakin saxlanılıb. Saxlanılanlar arasında Zaqatala şəhərinin və müxtəlif kəndlərin sakinləri var. Bu barədə Amerikanın Səsinə adının çəkilməsini istəməyən Zaqatala rayon sakini bildirib.

O saxlanılanlardan ikisinin kimliyini müəyyən edə bilib.

“Bunlar Zaqatalanın Yuxarı Tala kənd sakinləri Səbuhi Mahmud oğlu Nusalov və Vaqif Kahov oğlu Hüseynovdur. Hər iki şəxs ictimai asayişi pozmaqda günahlandırılıb, yerli məhkəmə barələrində 25 sutka inzibati həbs qərarı çıxarıb”, o qeyd edib.

Xatırladaq ki, bastainfo.com saytı yerli sakinlərin yanvarın 30-da bahalaşmaya etiraz olaraq aksiya keçirəcəyini planlaşdırdığını yazıb.

Öz növbəsində, Zaqatala rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə yayılan məlumatın yalan olduğunu bildiriblər. “Rayonda etiraz aksiyası ilə bağlı saxlanılan yoxdur”, növbətçi hissədən deyiblər.

XS
SM
MD
LG