Accessibility links

Fövqəladə hallar nazirinin müavini Zaqatalada zəlzələnin nəticələrini araşdırır [Audio-müsahibə]


zaqatalada zəlzələ

zaqatalada zəlzələ

Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanovun Amerikanın Səsinə müsahibəsi

İyunun 29-da baş verən zəlzələdən sonra əhali arasında narahatlıq hiss olunub. Təkandan sonra hündür mərtəbəli evlərin yuxarı mərtəbələrində yaşayan insanlar müvafiq yerlərdə yerləşdirilib. Əvvəlki zəlzələ zamanı evləri bərpa-gücləndirmə üçün müəyyən edilmiş sakinlər üçün təhlükə çox olduğundan həmin insanlara evlərindən istifadə etməməsi tövsiyə edilib. Bu barədə Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanov Amerikanın Səsinə müsahibəsində bildirib.

İyunun 29-da Zaqatala şəhərindən (Bakıdan 418 kilometr şimal-qərb) 14 km cənub-qərbdə yerin 9 kilometr dərinliyində 5.3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 5.0 bala qədər hiss olunub.

Ramazanovun sözlərinə görə, zəlzələ nəticəsində Dombabinə kəndində iki ev uçub, Faldarlı, Sabunçu, Göyəm kəndlərində evlərin bir hissəsinin uçması halları qeydə alınıb.

Hazırda fövqəladə hallar nazirinin müavini Ragim Lətifovun rəhbərliyi ilə komissiya rayona gəlib. Yerlərdə baxışlar başlayıb. “Hazırda yerlərdə icra nümayəndəlikləri ilə dəqiqləşdirmə aparılır ki, kimlərin evləri zərər çəkib. Texniki baxış üçün 16 mütəxəssis gəlib. Onlar yerli icra qurumlarının nümayəndələri ilə birgə 5 qrupda baxışlara başlayacaq”, o qeyd edib.

İcra başçısının müavinin sözlərinə görə, əvvəlki zəlzələdən də (2-12-ci ilin may və oktyabr aylarında rayonda iki güclü zəlzələ nəticəsinə yüzlərlə ev dağılıb) hələ tikilib istifadəyə verilməmiş 400-dək ev var. “Bu evlərlə bərabər yeni ziyanın çəkmiş evlər də tikiləcək və ziyan çəkənlərə pul vəsaiti veriləcək”.

Zəlzələ nəticəsində xəsarət alan, xəstəxanaya müraciət edən olmayıb. Amma stress halları olub.

Yeni hiss olunan təkanlar qeydə alınmayıb.

XS
SM
MD
LG