Accessibility links




Studiyada mən Bəxtiyar Zamanovam müsahibim isə Nyu-York şəhərində yaşayan iş adamı Zarina Yusupovadır.

Bəxtiyar Zamanov: Zarina xanım nə zamandan bəri azərbaycanlı müğənnilərin Amerikada konsert proqramlarını təşkil etməklə məşğul olursunuz?

Zarina Yusupova: Əslində, bu mənim bu sahədə ilk işim idi. Mənim bu işlə məşğul olan dostlarım var. İndiyədək mən əsasən onların konsert layihələrinə sponsorluq edirdim, konsertin hazırlanmasında bəzi kömək göstərirdim. Eyyub Yaqubovun Nyu-York şəhərindəki konserti isə mənim özümün ilk işimdir. Yeri gəlmişkən konsert çox uğurlu oldu.

Mən uşaqlıqdan Azərbaycan musiqisini, mahnılarını sevirəm, o cümlədən, Eyyub Yaqubovun mahnılarını


Sual: Nəyə görə məhs Eyyub Yaqubov?

Cavab: Mən uşaqlıqdan Azərbaycan musiqisini, mahnılarını sevirəm, o cümlədən, Eyyub Yaqubovun mahnılarını. Təxminən bir il bundan əvvəl mən onun meneceri, Həsən Məmmədyarovla tanış oldum. Amma o zaman biz hələ bu layihəni həyata keçirməyə hazır deyildik. Sonra Həsən mənə zəng etdi və may ayında qastrol səfərinə çıxa biləcəklərini dedi. Elə oldu ki, çox az müddətdə bu ideya üzərində işlədik və cəmi üç ay ərzində biz konserti planlaşdırdıq və həyata keçirdik.

Sual: Başqa hansı Azərbaycan müğənniləri ilə təmasda olmusunuz?



Cavab: Bir il bundan əvvəl Zeynab Xanlarovanın Nyu-Yorkda konserti oldu. Mən o konsertin sponsorlarından biri idim. Mən təxminən bir ay onunla bərabər vaxt keçirdim, onunla yaxından tanış oldum və onun sayəsində Azərbaycan mədəniyyəti ilə daha da yaxından tanış oldum . Ümumiyyətlə Azərbaycan mədəniyyəti və musiqisi mənim çox xoşuma gəlir.

Sual: Yeni layihə haqda düşünürsünüzmü?

Cavab: Mən əslində Nyu-Yorkda daşınmaz əmlak biznesi ilə məşğulam. Özümün şirkəti var. Mədəniyyət sahəsində biznes mənim üçün təzədir. Eyyub Yaqubovun konsertindən sonra mənə çox sayda zənglər oldu və məndən digər Azərbaycan müğənnilərinin konsert proqramlarının Amerikada keçirilməsini xahiş etdilər. Hal-hazırda konkret yeni layihə haqda bir ideya yoxdur. Amma mən bu işlə məşğul olmağa davam edəcəm.
XS
SM
MD
LG