Accessibility links

Tikantəpə qızıl mədəninin yerli işçiləri qovulub


Azərbaycan veb səhifələri və farsdilli media İranın ən böyük qızıl mədəni kimi tanınan Tikantəpənin Zərşoran mədənində bütün yerli işçilərini işdən qovulduğu ilə bağlı məlumat yayıb.

Günaz TV veb səhifəsinə istinadən, işdən qovulmuş işçilər aprelin 7-də etiraz aksiyası keçirərək mədənə doğru gedən əsas yolu bağlayıblar. Aksiya Qərbi Azərbaycan vilayəti polisinin etirazçılara hücumu nəticəsində dağıdılıb.

“Tikantəpədə yerləşən Zərşoran və Ağdərə qızıl mədənlərinin İran və Yaxın Şərqin ən böyük qızıl mədənləri kimi tanındıqları bir halda, Tikantəpə Güney Azərbaycan və İranın ən yoxsul bölgələrindəndir,”-deyə AZOH saytında yazılıb.

AZOH həmçinin qovulmuş işçilərin son dörd ay ərzində maaş almadıqlarını qeyd edib.

Rəsmi qurumlar işçilərin qovulması ilə bağlı hələlik hər hansı bir açıqlama yaymayıb.

Qərbi Azərbaycan vilayətində rəsmi adı Tekab, amma əhalinin Tikantəpə adlandırdığı şəhərin sakinlərinin çoxu Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər “Əfşar Tikantəpə” adı ilə də tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG