Accessibility links

Özünü yandırmış Zaur Həsənovun vəziyyəti ağır olaraq qalır


 Zaur Həsənovun vəziyyəti ağır olaraq qallr
Zaur Həsənovun vəziyyəti ağır olaraq qallr

Z.Həsənovun övladları yetkinlik yaşına çatana qədər hər ay 1500 manat müavinat alacaq

Qarabağ müharibəsi əlili, dekabrın 25-də özünü yandırmış Zaur Həsənovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bu barədə jurnalistlərə açıqlama verən 5 saylı xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyov deyib ki, Zaur həsənov komadadır və süni tənəffüs sistemlərinə qoşulub.

Bununla belə, o qeyd edib ki, “xəstə şok vəziyyətindən çıxma mərhələsindədir”.

Eyni zamanda bu gün “Yeni Azərbaycan” Partiyasının deputatları, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı Həsənova baş çəkiblər.

Onlar jurnalistlərə bildiriblər ki, dövlət Həsənovun müalicəsi üçün hər şey etməyə hazırdır.

Bununla belə, xəstəxananın önündə toplaşmış veteranlarla görüş zamanı onlar bildiriblər ki, bəzi qüvvələr məsələni siyasiləşdirmək istəyirlər və buna yol vermək olmaz. Onların sözlərinə görə, məsələ sosial xarakter daşıyır və yaxın günlərdə həll ediləcək.

Xəstəxananın ətrafında gücləndirilmiş polis dəstələri cəmləşdirilib. Bu arada, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev “Qarabağ veteranları” İctimai Birliyinin nümayəndə heyətini qəbul edib.

İB-nin rəhbəri Etimad Əsədovun Turan-a verdiyi məlumata görə, Səttar Mehbalıyev baş verənlərlə bağlı təəssüfünü bildirib və “məsələnin mahiyyəti haqqında yanlış məlumatlandırıldığını” qeyd edib.

Mehbalıyev onu yanlış məlumatlandırıan şəxsləri cəzalandırmağı, habelə xəstənin müalicəsinə, onun bank kreditinin ödənilməsinə, Həsənovun ailəsinin saxlanılmasına və sağaldıqdan sonra işlə təmin edilməsinə kömək etməyi vəd edib.

Dekabrın 28-də Fəvvarələr Meydanında aksiya keçirmək qərarının qüvvədə olub-olmaması barədə suala cavabda Əsədov bildirib ki, rəhbərlik etdiyi təşkilat mitinq keçirilməsi haqqında qərar qəbul etməyib.

Həmkarlar İttifaqları Konfederasiyası özünü yandıran Qarabağ qazisi Zaut Həsənova 100 min manat kompensasiya verilməsi haqda qərar qəbul edib.

Bunu Turana Konfederasiyanın sədri. deputat Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, bundan əlavə Z.Həsənovun övladları yetkinlik yaşına çatana qədər hər ay 1500 manat müavinət alacaq.

Z.Həsənovun indiki müalicəsi, sağaldıqdan sonra belə mülaicəyə ehtiyacı olarsa sonrakı mülaicələrinin maliyyəı xərcləri ödəniləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG