Accessibility links

Zaur Qurbanlı: Azərbaycanda həbs edilib Özbəkistanda azadlığa çıxdıq [Audio-Müsahibə]


N!DA Vətəndaş Hərəkatının İdraə Heyəinin üzvü Zaur Qurbanlı

N!DA Vətəndaş Hərəkatının İdraə Heyəinin üzvü Zaur Qurbanlı

2 il əvvəl həbs edilən N!DA Vətənraş Hərəkatının üzvü Amerikanın Səsinə müsahibə verib

2013-cü il aprelin 1-i ağır maddələrlə ittiham olunaraq həbs edilən N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının saxlanmasında 2 il keçir. 3 ay əvvəl azadlığa çıxan cənab Qurbanlı Amerikanın Səsinə müsahibədə iki illik həbs müddətində üzləşdiyi çətinliklərdən, Azərbaycanda hazırki siyasi vəziyyətin iki il əvvəllə müqayisəsindən, gənc fəalların həbsinin ailələrə vurduğu ziyanından və eləcə də, N!DA Vətəndaş Hərəkatının mövcud fəaliyyətindən danışıb. Zaur Qurbanlı ilə müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Zaur bəy, düz iki il əvvəl aprelin 1-də ağır maddələrlə ittiham olunaraq həbs edilmişdiniz. Sizinlə bərabər 7 N!DA üzvü həbs olunmuşdu. Bu yaxınlarda azadlığa çıxmısınız. Bu iki illik həbs müddəti sizin üçün necə keçdi? Hansı çətinliklərlə üzləşdiniz?

Hesab edirəm ki, həbsim lazım idi. Bu, mübarizədə keçiləsi bir yoldur. Həbs də lazımdır. Yəni mütləq həbs olunmalıya deyə bir şey yoxdur, amma bunu normal, mübarizənin bir hissəsi kimi qarşılayıram.

Zaur Qurbanlı: Mən təxminən 21 ay həbsdə qaldım. İki il bundan qabaq bu gün - 1 apreldə həbs olunmuşdum. Əlbəttə çox çətinliklər oldu. Həm fiziki mənada azadlıq yox idi, həm də yaxınlarla əlaqələr məhdud idi. Amma hesab edirəm ki, bu, lazım idi. Bu, mübarizədə keçiləsi bir yoldur. Həbs də lazımdır. Yəni "mütləq həbs olunmalıyam" deyə bir şey yoxdur, amma bunu normal, mübarizənin bir hissəsi kimi qarşılayıram. Həbsdə xeyli çətinliklər də oldu. Ailə ilə bağlı problemlər oldu. Onların maddi-mənəvi sıxıntıları var idi. Sırf mən siyasi məhbusam deyə, təzyiqlər də oldu. Amma 21 ay sonra mən azad olundum və o problemlərin əksəriyyəti arxada qaldı. Təəssüf ki, bizim yoldaşlarımız azad olunmadı, onların həmin problemləri hələ də davam edir.

Amerikanın Səsi: Sizin də vurğuladığınız kimi siz azadlığa çıxsanız da, bəzi N!DA üzvləri hələ də həbsdədirlər. Sizin üçün və eləcə də hazırda həbsdə olan digər üzvlər üçün və digər siyasi fəallar üçün ailə üzvlərinin həbsdə olması nə deməkdir? Bunun ailələrə nə kimi təzyiqləri var?

Mübarizəmizi davam etdirməyimiz üçün öz dəstəklərini bizdən əsirgəmədilər

Zaur Qurbanlı: Adi bir misalla izah edə bilərəm. Məsələn, bizdən 3 ay qabaq azad olunmuş N!DA-çı Şahin Novruzlu həbsdə olanda atasının ürəyi dözmədi, öldü. Nə qədər ağır bir şey olduğunu göstərmək üçün deyirəm. Yaxud, Rəşadətin (Axundov) babası özünü öldürdü. Amma bizim ailələrimiz də çox sağ olsunlar ki, bütün həbs müddətində bizimlə bir yerdə oldular, bizə dayaq oldular. Nə qədər çətinlik çəksələr də, mübarizəmizi davam etdirməyimiz üçün öz dəstəklərini bizdən əsirgəmədilər. Amma əlbəttə çətinliklər olur, yaşlı adamlardırlar. Misal üçün mənim anamın ürəyində problemlər yarandı, hələ də bu problem davam edir, çox güman ki, əməliyyat olunacaq. İçəridə qalan uşaqların valideynlərinin vəziyyəti heç də yaxşı deyil. Həm də maddi cəhətdən. Məsələn Rəşadətin atasını işdən çıxarıblar. Yaxud Məmməd Əzizovun anası əvvəl işləyirdi, indi işləmir. Yəni vəziyyət maddi cəhətdən də, mənəvi cəhətdən də pisdir. Onlar övladlarını görə bilmirlər. İlkin Rüstəmzadənin olduğu cəzaçəkmə müəssisəsi Azərbaycanda hüquqi cəhətdən yox, faktiki vəziyyətinə görə ən ağır rejimli müəssisə sayılır. Valideynlər də ona görə əziyyət çəkirlər. İlkinin atası 1-2 kilometr palçıqlı yolu piyada getməli olur, çünki cəzaçəkmə müəssisəsi yaşayış olmayan bir yerdə - Güzdəkdədir.

Amerikanın Səsi: Zaur bəy, siz həbsxanada olarkən səhhətinizlə bağlı bir çox problemlərinizin olduğunu xatırlayıram. Hazırda səhhətiniz necədir?

Zaur Qurbanlı (Foto Ülvi Həsənlinindir)

Zaur Qurbanlı (Foto Ülvi Həsənlinindir)

Zaur Qurbanlı: Mən Beta Talessimiya daşıyıcısıyam .Ona görə ilk dövrlər qapalı yer olduğunua görə problemlər yarandı. Sonra bədən özü həmin yerə uyğunlaşdı, amma başqa problemlər də ortaya çıxdı. Bu yaxınlarda öyrəndim ki, mən həbsxanada astma qazanmışam. Bu, əslində irsi xəstəlikdir, amma məndə xroniki olub, içəridə nəm, qapalı mühitdə allergiya formasında kəskinləşib. Yəni artıq astmayam. Mən bunu bronxit bilirdim. Başqa, insanın sinir sistemində əsəblə bağlı problemlər olur. Demək olar hamımızda olurdu, dəri xəstəlikləri əmələ gəlirdi. Amma uyğunlaşıb yaşamaq olur. Evdəkilər də xəstəliklərimiz bilirlər deyə lazım olanda dərmanları çatdırırlar. Yəni yaşamaq olur.

Azərbaycanda sanki demokratiya tormozlanıb

Amerikanın Səsi: Bir qədər də siyasi fəaliyyətdən danışaq. Azərbaycanda həbsinizdən əvvəlki və sonraki siyasi və ictimai vəziyyəti necə qiymətləndirərdiniz? Bir fərq varmı?

Sanki Azərbaycanda həbs olunub, Özbəkistanda azadlığa çıxdıq. Vəziyyət çox ağırdır, artır insanlara heç bir fəaliyyət göstərmək imkanı qoymuyublar. Müxalifət üçün “Məhsul” stadionundan kənara çıxmağı qeyri-mümkün hala gətiriblər. Vətəndaş cəmiyyəti zatən yoxdur. Gənclərin əksəriyyəti ya susdurulub, ya həbsə atılıb, ya da ölkədən qovulub, özünü-senzuraya məruz qoyulub.

Zaur Qurbanlı: Ümumiyyətlə həbslər 7 martda başlamışdı. Ondan əvvəl Azərbaycanda vəziyyət indikindən xeyli fərqlənirdi. Çünki o vaxt gənclər indikinə baxanda daha azad şəkildə fəaliyyət göstərə bilirdilər. Ümumiyyətlə isə o zaman da çox çətin vəziyyət idi. O zaman vətəndaş cəmiyyəti var idi, ona görə biz ard-arda bir neçə güclü mitinq təşkil edə bilmişdik. Elə buna görə də həbslər başladı. Demək olar həbslər hər gün həyata keçirilirdi. Həbslər qurtarandan sonra 2014-cü ildə vətəndaş cəmiyyəti çökdürülməyə başladı və hal-hazırda biz çıxanda gördük ki, sanki Azərbaycanda həbs olunub, Özbəkistanda azadlığa çıxdıq. Vəziyyət çox ağırdır, artıq insanlara heç bir fəaliyyət göstərmək imkanı qoymuyublar. Müxalifət üçün “Məhsul” stadionundan kənara çıxmağı qeyri-mümkün hala gətiriblər. Vətəndaş cəmiyyəti zatən yoxdur. Gənclərin əksəriyyəti ya susdurulub, ya həbsə atılıb, ya da ölkədən qovulub, özünü-senzuraya məruz qoyulub. Vəziyyət əvvəlkindən xeyli fərqlənir. Qərb təşkilatlarının, Qərb dövlətlərini xarici siyasət orqanlarının bizə qarşı biganəliyi də burada əlbəttə ki, rol oynadı. Əvvəl tələblər ardıcıl olsa da, repressiya gücləndikcə onların tələbləri də zəiflədi. Artıq demək olar kimsə hakimiyyətdən nəsə tələb etmir. Ona görə, hazırda Azərbaycanda sanki demokratiya tormozlanıb.

Amerikanın Səsi: N!DA-da vəziyyət nə yerdədir? Siz N!DA-nın üzvüsünüz. Hazırda fəaliyyətiniz nə vəziyyətdədir?

Zaur Qurbanlı: Əslində məmim N!DA-nın adından danışmaq səlahiyyətim yoxdur. Sadəcə ümumi vəziyyət barədə məlumat verə bilərəm. N!DA da ümumi vətəndaş cəmiyyətinin zəifləməsi fonunda zəifləyib. Yəni bəzi üzvlərimiz ya üzvlükdən çıxıb, ya da fəaliyyətini dondurub. Amma hazırda faəliyyət göstərənlər var. Hazırda Azərbaycanda partiyalardan kənar müxalif mövqe ortaya qoyan, gənclərin əksəriyyət olduğu yeganə təşkilatdır. Yəni, fəaliyyət var. Amma dediyim ki, mən 2015-ci il Azərbaycanında bundan artıq fəaliyyət göstərməyi hələ ki mümkün hesab etmirəm.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG