Accessibility links

Zaur Qurbanlı: Azərbaycanın Türkmənistana çevrilməsinə imkan verməməliyik [Video]


Vaşinqtonda səfərdə olan keçmiş siyasi məhbus Amerikanın Səsinə müsahibə verib

“Azərbaycanda yaşamaq çətindir. Kiminsə üstündə “keçmiş siyasi məhbus” adı varsa, ona iş vermək qeyri-rəsmi olaraq qadağandır. Yaşamaq ən azı maddi cəhətdən də çətindir. Amma mən Azərbaycana qayıtmaq fikrindəyəm. Şərait nə qədər çətin olsa da, fikrimcə orada işləmək, mübarizə aparmaq üçün bir boşluq, atmosfer var”. Bu sözləri Amerikanın Səsinə Vaşinqtonda səfərdə olan keçmiş siyasi məhbus, N!DA Vətəndaş Hərəkatının təsisçilərindən biri olan Zaur Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycan Türkmənistan və ya Özbəkistan deyil və olmağa da qoymaq olmaz. Hətta tezliklə çevrilib Şimali Koreya olmaq üçün də böyük potensialın olduğunu bildərən Zaur Qurbanlı bunu Qərb ölkələrinin Azərbaycana ciddi diqqət ayırmaması ilə izah edib.

“Azərbaycan Qərbin gündəmində deyil. Gündəm maksimum Gürcüstan, Ukrayna ola bilər, yaxud Şərqi Avropanın bir sıra ölkələri ola bilər. Məncə hələ Azərbaycanın gündəm olmasına var. Ancaq bu, o demək deyil ki, biz ölkəni buraxmalı, təslim olub gözləməliyik ki, biz nə vaxt gündəmə çevriləcəyik. Biz bir baza qurmalıyıq ki, 10-15 il sonra, nə vaxtsa dəyişiklik olanda o bazaya əsaslana bilək. Bizi baza yalnız 1918 və ya 1992-ci il hökuməti olmalı deyil” – deyə bildirən keçmiş siyasi məhbus Azərbaycanda az da olsa mübarizə şəraitinin olduğunu da əlavə edib.

O zaman N!DA mitinqlərin təşkilatçılarından biri idi. Təbii ki, hökumət bizdən daha təcrübəlidir. Onlarda “KQB” təcrübəsi var. Bizdən daha hiyləgərdirlər. Bilirlər nə edirlər. Kimləri tutmaq lazım olduğunu da, necə tutmaq və cəmiyyətə necə təqdim etməyi də yaxşı bilirdilər. Təəssüf ki, nəticədə tək N!DA-nı yox, 2013-cü ilin “Gənclik Hərəkatı”nı söndürə bildilər.

Zaur Qurbanlı təsisçisi olduğu N!DA Vətəndaş Hərəkatının fəaliyyətinə də nəzər salıb. Hazırda sıravi üzv olduğunu, heç bir idarəçiliklə məşğul olmadığını bildirən N!DA-çı indiki ilə müqayisədə 3 il əvvəl qurumun fəaliyyətinin xeyli güclü olduğunu etiraf edib: “O zaman N!DA mitinqlərin təşkilatçılarından biri idi. Təbii ki, hökumət bizdən daha təcrübəlidir. Onlarda “KQB” təcrübəsi var. Bizdən daha hiyləgərdirlər. Bilirlər nə edirlər. Kimlər tutmaq lazım olduğunu da, necə tutmaq və cəmiyyətə necə təqdim etməyi də yaxşı bilirdilər. Təəssüf ki, nəticədə tək N!DA-nı yox, 2013-cü ilin “Gənclik Hərəkatı”nı söndürə bildilər”.

Əvvəlki kimi mümkün olmasa da, fəaliyyətlərinə davam etdiklərini bildirən Zaur Qurbanlı yeni nəsildən yeni hərəkatın ortaya çıxa biləcəyini də ehtimal etdiyini deyib. Onun sözlərinə görə, N!DA-nın hazırki fəaliyyəti ümumi ictimai sektorun, müxalif hərəkatının fonunda orta səviyyəlidir, bəlkə daha da yüksəkdir, amma bu fonun özü çox aşağı düşüb.

“Hazırda hətta tanınmış müxalifət liderləri də Facebook-dan kənara çıxa bilmirlər. Hətta ReAl hərəkatı da həmçinin. Sədrləri həbsdədir, özlərinin fəaliyyətləri də yenə Facebook-dan ibarətdir. Maarifləndirici fəaliyyət istisna olmaqla heç kim heç nə edə bilmir. N!DA da o cümlədən. N!DA-nın nəsə edə bilməməsi həm özünün təqsiridir, həm də deyil. Çünki həm ümumi fonun təqsiridir, həm də biz gəncik deyə, fonu biz dəyişməli idik!” – deyə Zaur Qurbanlı bildirib.

Biz bu olmamalıydıq. Ən azından biz siyahıda o yerə layıq deyilik. Bu, Sərhədsiz Reportyorları qınamaq anlamına gəlmir. Çünki bizi bu vəziyyətə salıblar və təəssüf ki, biz də bu vəziyyətə dözməklə məşğuluq. Əslində, vəziyyəti dəyişmək üçün nələrsə etmək lazımdır.

Vaşinqtona Vatslav Havel Jurnalistika Təqaüd Proqramı çərçivəsində səfər edən keçmiş siyasi məhbus Sərhədsiz Reportyorlar təşkilatının açıqladığı Mətbuat Azadlığı İndeksində Azərbaycanın 163-cü yeri tutmasının reallığı əks etdirdiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda vəziyyət Türkmənistandan, Eritreyadan yaxşıdır, amma hətta Belarusdan pisdir. “Biz bu olmamalıydıq. Ən azından biz siyahıda o yerə layıq deyilik. Bu, Sərhədsiz Reportyorları qınamaq anlamına gəlmir. Çünki bizi bu vəziyyətə salıblar və təəssüf ki, biz də bu vəziyyətə dözməklə məşğuluq. Əslində vəziyyəti dəyişmək üçün nələrsə etmək lazımdır”.

İştirakçısı olduğu proqram haqda da məlumat verən Zaur Qurbanlı Vatslav Havel proqramının əsas hissəsini Çex Respublilasının paytaxtı Praqada keçdiyini bildirib. Proqram çərçivəsində 1 həftəlik Vaşinqtona gəldiyini deyən keçmiş siyasi məhbus ABŞ paytaxtında əsasən media orqanları ilə tanış olduqlarını söyləyib. Zaur Qurbanlı BuzzFeed, Amerikanın Səsi kimi media qurumları ilə tanış olduğunu ,BBG idarəçiləri ilə görüşdüyünü də bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG