Accessibility links

Zədələnmiş nüvə stansiyası ətrafında yüksək radiasiya aşkar olunub


Zədələnmiş nüvə stansiyası ətrafında yüksək radiasiya aşkar olunub

Zədələnmiş nüvə stansiyası ətrafında yüksək radiasiya aşkar olunub

Yaponiya nüvə təhlükəsizliyi agentliyi xəbər verir ki, zədələnmiş Fukuşima nüvə stansiyası yaxınlığında okeanda aşkar edilən radioaktiv iodin səviyyəsi normadan 3000 dəfə yüksəkdir.

Rəsmilər sudan nümunəni Fukuşima stansiyasından 300 metr aralıda götürüblər. Bu stansiya sunami tərəfindən zədələndikdən bəri radiasiya sızır.

Yaponiya Nüvə və Sənaye Təhlükəsizliyi Agentliyinin direktor müavini Hidehiko Nişiyama deyib ki, Fukuşimanın 20 kilometr radiusunda insanlar evakuasiya olunub və balıqçılıq qadağan edilib.

Ayın əvvəlində baş verən təbii fəlakət 27,500 adamın ölümünə və ya itkin düşməsinə səbəb olub.

XS
SM
MD
LG