Accessibility links

SOCAR və Statoil “Zəfər” və “Məşəl” layihəsi üzrə ilkin razılaşma


 Neft-qaz layları (sxem)
Neft-qaz layları (sxem)

Azərbaycanlı geoloqlar hesab edir ki, “Zəfər” və “Məşəl” strukturlarında 300 mlrd. kubmetrə yaxın qaz var

Aprelin 9-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin Statoil şirkəti arasında Xəzərin Azərbaycan sektorunda “Zəfər” və “Məşəl” perspektiv strukturlarının işlənməsi üzrə gələcək PSA müqaviləsinin əsas kommersiya prinsiplərinə dair Memorandum imzalanacaq. Bu barədə Turan agentliyi məlumat yayıb.

Xatırladaq ki, 2004-cü ilin oktyabrında SOCAR (50%), Exxon Mobil (30%) və ConocoPhillips (20%) iştirakı ilə PSA çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması zamanı 7087 metr dərinlikdə 50 mlrd. kubmetrə yaxın qaz ehtiyatları olan kiçik məhsuldar lay açılıb.

O zaman layihənin xarici iştirakçıları risk etməyib və ikinci kəşfiyyat quyusunu qazmaqdan imtina ediblər. Buna görə SOCAR-a cərimə ödəyərək layihəni qapadıblar. O zaman ilk kəşfiyyat quyusunun qazılması üçün ümumi xərclər 150 mln. Dollar təşkil edib.

Azərbaycanlı geoloqlar hesab edirlər ki, “Zəfər” və “Məşəl” strukturlarında 300 mlrd. kubmetrə yaxın qaz var. Bu strukturlar Xəzərin dərin sulu hissəsində yerləşir. Burada dənizin dərinliyi 450-950 metr arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG