Accessibility links

Zəfər Quliyev: İqtidarla müxalifət dialoqu real görünmür (audio)


 Politoloq Zəfər Quliyev
Politoloq Zəfər Quliyev

“Bu gün hansı dialoqdan söhbət gedə bilər? İctimaiyyətin fərqli fikirli nümayəndələrinə, konkret tanınmış ziyalı Rüstəm İbrahimbəyova qarşı “açıq sovet kampaniyası” aparılır. Bu rüsvayçılıqdır”.

Politoloq Zəfər Quliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, iqtidarla müxalifət dialoqunu nəzəri cəhətdən mümkün sayır. “Amma, hazırki konfrontasiya şəraitində dialoq mümkün deyil. İlk öncə tərəflər bir-birinə qarşı münasibətlərinə korrektələr etməlidir”.

Politoloq Zəfər Quliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:08:27 0:00
Direct link

Politoloq hakimiyyətin müxalifətlə real dialoqa gedəcəyinə də şübhə ilə yanaşır. “Çünki real dialoq üçün daxili siyasətdə uyğun atmosfer olmalıdır. Nəzərə alsaq ki, payızda prezident seçkiləri ilinə start verilir, ümumi daxili mühit dəyişməlidir. Dialoq yalnız bir görüş deyil, davamlı bir prosesə çevrilməlidir. Bu səbəbdən də ölkədə ən azı hansısa bir siyasi islahatlara hazırlıq işlərinə başlanmalıdır. Konfrontasiya şəraitindən dialoq mühitinə keçid baş verməlidir. Bunu hələlik müşahidə etmirik”.

O ehtimal edir ki, iqtidarın dialoq barədə çıxışları konyuktur maraqlara xidmət edir. “Ola bilsin ki, müxalifətlə və ya siyasi partiyalarla bir görüş olsun və real heç bir nəticəsi olmasın. Çünki, indiki halda ölkədəki siyasi mühit, iqtidarın davranışı və müxalifətin özü də real dialoqa yaxın görünmür. Həm də, bu dialoqun formatı, məzmunu keçirilmə qaydaları ilə bağlı şübhələr çoxdur”.

Politoloq eyni zamanda düşünür ki, hökumət davamlı dialoq təklifində səmimidirsə, bu halda müzakirələrin gündəliyini müəyyən etmək asandır. “Çünki, artıq İctimai Palata demokratiyaya yumşaq keçidin “Yol Xəritəsi”ndə islahatlar proqramını ardıcıllıqla və mərhələlərə bölünməklə göstərib. Eyni zamanda, iqtidar da təkliflər irəli sürə bilər. Müzakirə edilən məsələlər də, elə olmalıdır ki, gərginlik yaratmasın. İlkin müzakirə üçün seçkilərə hazırlıq üçün yaradılacaq mühit, siyasi partiyaların televiziya efirinə çıxışı, siyasi məhbuslar məsələsinin tam həlli, ilkin islahatlara başlanacaq sahələr və başqa mövzular gündəliyə çıxarıla bilər”.

Zəfər Quliyevin fikrincə, siyasi mühit dəyişməzsə dialoqun olacağı mümkün deyil, olsa belə, bu imitasiya xarakteri daşıyacaq. Dialoq üçün ilk öncə siyasi iqlim dəyişməlidir. İqtidar müxalifətə düşmən kimi baxmamalıdır. Düşmənlə hansı dialoq ola bilər. Dialoq formatı müxalifət tərəfindən də dəyişməlidir. “Bu gün hansı dialoqdan söhbət gedə bilər ki, ötən əsrin 70-ci illərindəki kimi ictimaiyyətin fərqli fikirli nümayəndələrinə, konkret desək tanınmış ziyalı Rüstəm İbrahimbəyova qarşı “açıq sovet kampaniyası” aparılır. Bu rüsvayçılıqdır. Sabah bu kampaniya müxalifətin liderlərinə qarşı aparıla bilər. Necə ki, vaxtı ilə Əkrəm Əylisliyə, Cəmil Həsənliyə, Rafiq Əliyevə, Eldar Namazova qarşı belə kampaniyalar aparılıb. Belə bir psixoloji durumda, siyasi iqlimdə hansısa real dialoqun baş tutacağı real görünmür”, - deyə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG