Accessibility links

Zəfər Quliyev: İstəyirlər ki, hakimiyyətin nə seçki, nə də inqilabi yolla dəyişdirilməsinə imkan verilməsin [Video]


Siyasi şərhçi Zəfər Quliyev
please wait

No media source currently available

0:00 0:08:09 0:00

Siyasi şərhçi Zəfər Quliyev

Kadr siyasəti prezident seçkilərinə hesablanıb. Siyasi şərhçi seçkilərədək Ramiz Mehdiyevin istefaya göndəriləcəyinə inanmır. “Hakimiyyətə səs-küylü istefalar ziyan gətirər”

Prezident Administrasiyasının rəhbərinin müavinlərinin təyin edilməsi administrasiyanın ciddi siyasi fiqura çevrilmiş rəhbəri Ramiz Mehdiyevin səlahiyyətlərini azalda bilər. Bu barədə Amerikanın Səsi radiosuna müsahibəsində siyasi şərhçi Zəfər Quliyev bildirib.

Şərhçi eyni zamanda 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərinədək Ramiz Mehdiyevin istefaya göndəriləcəyinə inanmır.

“Ona görə ki, belə səs-küylü istefalar hakimiyyətə çox böyük ziyan gətirə bilər”.

Cənab Quliyev eyni zamanda düşünür ki, Prezident Administrasiyasında bəzi şöbə müdirlərinin və köməkçilərin səlahiyyətlərinin genişləndirilməsi seçkilərlə bağlı məsuliyyətlərin artırılmasına dəlalət edir.

Hazırda da hakim elitada təmsil olunan bir çox adamlar, hətta oliqarxlar sıxışdırılır. Monopolizmi siyasəti narazıların sayının artmasına səbəb olur. Belə pullu, geniş imkanlara malik insanların bir qrupu xarici ölkələrə üz tutacaqlarsa da, digər bir qrupu Gürcüstanda İvanişvili kimi ölkədə vəziyyəti dəyişmək uğrunda müxalifətlə birgə mübarizəyə qoşulacaq

“Görünür ki, seçkilər zamanı bütün proseslər Prezident Administrasiyası tərəfindən nəzarətə götürüləcək və proseslərin başında prezidentin özü duracaq. Çünki, seçkilərdə risklərdən narahatlıq görünür. İstəyir ki, seçkiləri məharətlə saxtalaşdırıb hakimiyyəti əlində saxlasın, üçüncü dəfə seçilsin və 4-cü, 5-ci dəfə seçilmək üçün şərait yaransın. Əsas məqsəd hakimiyyəti əldə saxlamağa yönəlib. İstəyirlər ki, hakimiyyətin nə seçki, nə də inqilabi yolla dəyişdirilməsinə imkan verilməsin. Hakimiyyətin baxışından bütün dəyişikliklər buna xidmət etməlidir”.

Siyasi şərhçi Rusiyada yaranan milyonerlər ittifaqının Gürcüstandakı kimi klassik müxalifəti əvəz edəcəyini istisna etmir.

“Hakimiyyəti də ən çox narahat edən budur. Son günlər hakimiyyətin bir çox nümayəndələri, deputatlar, hətta Ramiz Mehdiyev Moskvada yaranan ittifaqla bağlı narahatlığını bildirib. Onlar bilir ki, belə ittifaq yaranırsa planlarında Azərbaycan məsələsi, ölkədə proseslərə təsir etmək məsələsi də durur. Seçkilərə yaxınlaşdıqca Moskvada yaranan ittifaqın Azərbaycanla bağlı planları açıqlanacaq”.

O hesab edir ki, seçki dövründə, bəlkə də seçkidən sonra nəinki Moskvada yaranan milyonerlər ittifaqı, hətta Azərbaycandakı oliqarxlar da müxalifətə ya qoşula bilər, ya da onlarla paralel mübarizə apar bilər.

“Çünki aparılan siyasət bir çox adamları oyundan kənarda qoyur. Hazırda da hakim elitada təmsil olunan bir çox adamlar, hətta oliqarxlar sıxışdırılır. Monopolizmi siyasəti narazıların sayının artmasına səbəb olur. Belə pullu, geniş imkanlara malik insanların bir qrupu xarici ölkələrə üz tutacaqlarsa da, digər bir qrupu Gürcüstanda İvanişvili kimi ölkədə vəziyyəti dəyişmək uğrunda müxalifətlə birgə mübarizəyə qoşulacaq”.

Zəfər Quliyev indiyədək rəsmi hakimiyyətin İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olacağı ilə bağlı bəyanatının olmadığını da diqqətə çatdırıb.

“Doğrudur, bu günlərdə Ramiz Mehdiyev onun prezident olacağına işarə etdi. Amma, konkret ad çəkmədi. Görünür hakimiyyət vəziyyətin daralmasını gözləyir. Hakim elitanın İlham Əliyevdən başqa namizədi də yoxdur. Bəzi şəxslər İlham Əliyevin qərbin demokratik çağırışlarından çəkindiyinə hələ də inanır. Gürcüstanda Saakaşvili üçüncü dəfə namizədliyini irəli sürməyəcək. Amma, İlham Əliyev Saakaşvilinin əksidir. O namizədliyini irəli sürəcək. Lukaşenko, İslam Kərimov bu addımı atacaq. Onlar bu düşərgənin adamlarıdır”.

Şərhçi hesab edir ki, İlham Əliyev seçkiyə gedib qalib gələ bilər .

“Lakin, seçkidən sonra beynəlxalq ictimaiyyətlə, xalqla, oyundan kənar qalan oliqarxlarla münasibətləri necə quracaq? Bu sual doğurur. Bu hakimiyyət üçün ciddi problem olaraq qalacaq”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG