Accessibility links

Zəif əzələləri olan insanlar üçün rezin robotlar [Video]


Batareya ilə işləyən ekzoskeletonlar zəif əzələləri olan insanlara daha yaxşı hərəkət etməyə yardım edə bilər. Adətən ekzoskeletonlar metaldan düzəldilir. Bu isə o deməkdir ki, onların oynaqları əyilmir. İndi isə İsveçrədə universitet tədqiqatçıları ekzoskeletonlardakı metal oynaqları əvəzləyəcək elastik rezindən düzəldilmiş robotlar üzərində çalışırlar. Beləcə ekzoskeletonlar daha çevik olacaq.

Əzələyə-bənzər hissələri olan robotlar silikon rezindən düzəldilir ki, əlil insanlar daha rahat hərəkət edə bilsinlər. Ekzoskeletonların oynaqlarındakı sərt materialı asanlıqla əyilə bilən (elastik) polimerlə əvəzləmək olar.

Ağır və əyilməyən materialla çox hərəkət etmək mümkün deyil. Amma bu yeni materialla insan özünə zərər vermədən hərəkət edə bilir. Belə ki, bundan istifadə edən insan gücü səhv istiqamətə tətbiq etsə belə, heç bir xəsarət almayacaq.

Tədqiqatçı Mətyu Robertson: “Ağır və əyilməyən materialla çox hərəkət etmək mümkün deyil. Amma bu yeni materialla insan özünə zərər vermədən hərəkət edə bilir. Belə ki, bundan istifadə edən insan gücü səhv istiqamətə tətbiq etsə belə, heç bir xəsarət almayacaq”.

Robotlar xüsusi yumşaq kürə içindəki hava təzyiqini dəyişməklə idarə olunur. Modullu sistem xəstənin bədənində fiziki dəstəyin tələb olunduğu hər bir yerə tətbiq oluna bilər. Bu, bel ağrısı olan insanlara da aiddir.

Tədqiqatçılar iflici olan xəstələrin istifadə edə biləcəyi kəmər hazırlayıblar. Bu kəmər xəstələrin reabilitasiya zamanı düz durmalarına yardım edir və onların hərəkətlərini idarə edir.

"İflici olan insanlar bir tərəfə əyilirlər, bu kəmərlə isə bu assimetriya düzəldilə bilər. Yerimə qabiliyyətini bərpa etməyə çalışan insanlar üçün isə kəmər bədənin yuxarı hissəsinə dəstək verir", Robertson deyir.

Kəmərə kənar nasos sistemi qoşulub. Amma tədqiqatçılar onları kiçildib, birbaşa kəmərin üzərinə yapışdırmaq istəyirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG