Accessibility links

Yeni Zelandiya 2015-ci ili ilk qarşılayan ölkələr arasında birincidir.

Gecə yarısı Oklandın Sky qülləsində atəş-fəşanlıq olub.

2014-cü il terrorizm hədələri, Ebola virusu və dəhşətli sərnişin təyyarə qəzaları ilə yadda qalsada, insanlar 2015-ci ilə yeni ümidlərlə baxır.

Bu yaxın günlərdə baş vermiş təyyarə qəzası ilə əlaqədar İndoneziyada yeni il böyük şənliklərlə keçirilmir . Cakarta rəsmiləri bildirib ki, şəhər sakinləri AirAsia hava yollarına məxsus təyyarə qəzasının qurbanlarını anacaq.

İndoneziyanın digər şəhərlərində də yeni il şənlikləri təxirə salınıb.

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda insanlar parkda bir araya gələrək, yeni ili orkestrin ifa etdiyi musiqisi sədaları və atəş-fəşanlıqla qarşılayıb.

XS
SM
MD
LG