Accessibility links

Bu gün yanvarın 9-da xalq şairi Zəlimxan Yaqub vəfat edib.

Şairin uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi, son vaxtlar dializ qəbul etməklə yaşadığı bildirilirdi.

20-dək kitabın müəllifi olan Zəlimxan Yaqub 2008-ci ildən Aşıqlar Birliyinə sədrlik edirdi.

1990-cı illərdə siyasi hakimiyyətə yaxınlığı ilə seçilən şair 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub. Sonradan o, ictimai-siyasi fəaliyyətinə ara verib.

Zəlimxan Yaqub 1994-cü ildən prezident yanında Əfv Komissiyasının üzvü olub.

O, "Şərəf" ordeni ilə təltif edilmişdi.

XS
SM
MD
LG