Accessibility links

Nepalda 101 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb


Zəlzələdən 8 gün keçir

Nepalda güclü zəlzələdən bir həftə sonra dağıntılar altından 4 nəfər xilas edilib. Ölənlərin sayı isə 7200-dən artıqdır.

Dünən paytaxt Katmandudan 80 kilometrlik məsafədə 101 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.

ABŞ-ın Nepala göndərdiyi hərbi təyyarələr, ağır təchizat və uçuşlara nəzarət qurğuları ilə əlçatmaz bölgələrə çatılacağı və ehtiyac içərisində olan insanlara yardım ümidlərini artırıb.

Amerikanın yardımı ilə Katmandu hava limanında toplanan yardım avadanlıqlarının paylanması əməliyyatı aparılacaq.

Zəlzələdən 8 gün sonra dağıntılar altından insanların sağ çıxarılması ümidləri azalır.

Minlərlə insan hələ də itkindir.

BMT 8 milyon insanın zəlzələnin təsirinə məruz qaldığını bildirir. 2 milyon adam evsiz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG