Accessibility links

Yanvarın 12-də yerli vaxtla saat 06:38-da Yardımlıdan 20 km şimalda (Bakıdan 292 kilometr cənub) İran ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanının maqnitudası 4.6, dərinliyi 27 km olub.

Zəlzələ Azərbaycan ərazisində, episentrə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Mərkəzin direktoru Qurban Yetirmişli bundan əvvəl yerli mediaya verdiyi müsahibədə bildirib ki, Azərbaycanda 2014-cü illə müqayisədə 2015-ci ildə seysmoloji aktivlik azalıb.

O qeyd edib ki, ölkədə 2014-cü ildə seysmoloji aktivlik daha yüksək olub: “2014-cü ildə maqnitudası 5-dən yuxarı 6 zəlzələ baş verib. Lakin 2015-ci ildə 2 belə zəlzələ qeydə alınıb. Onlardan biri dənizdə, digəri isə Şəki-Oğuz sərhədində (Bakıdan 352 kilometr şimal-qərb) baş verib”.

XS
SM
MD
LG