Accessibility links

Zəlzələ Bakı, Sumqayıt şəhərləri də daxil olmaqla, böyük bir ərazidə hiss edilib

Xəzərdə zəlzəzlə

Xəzərdə zəlzəzlə

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yeni təkan barədə xəbər yayıb.

Məlumata görə, yerli vaxtla saat 16.17-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycan ərazisində hiss olunmayıb.

***
Fevralın 10-da yerli vaxtla saat 16:06:49 Saatlıdan 41 kilometr şimal-şərqdə Hacıqabul rayonu (Bakıdan 120 kilometr cənub qərbdə) ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Bakı, Sumqayıt şəhərləri də daxil olmaqla, böyük bir ərazidə hiss edilib. Yerin titrəməsi bir neçə saniyə davam edib, sonra daha kiçik silkələnmələr olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, .zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Bu gün yerli vaxtla saat 12.06-da isə həmin ərazidə 5.7 bal gücündə zəlzələ olub.

Öz növbəsində Hacıqabul və Şamaxı rayonlarının İcra Hakimiyyətlərindən Amerikanın Səsinə dağıntı və tələfatlarla bağlı məlumatın daxil olmadığını bildiriblər.
XS
SM
MD
LG