Accessibility links

Iran zəlzələdən zərər çəkənlərə 49 milyon dollar ayırır


Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ

Zəlzələ nəticəsində 306 nəfər ölüb, 3000 çox adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min binaya zərər dəyib.

İran hökuməti Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin tikintisi və evlərin bərpası üçün 49 milyon dollar ayırıb. Bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.
Trend agentliyinin məlumatına görə, zəlzələdən zərər çəkənlər üçün vəsaitin ayrılması prezident Mahmud Əhmədinejad və Nazirlər Kabineti tərəfindən bəyənilib.
Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 306 nəfər ölüb, 3000 çox adam xəsarət alıb.
Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min binaya zərər dəyib.
Məhəmməd Nəccar əlavə edib ki, ümumilikdə istiqraz şəklində 347 min dollara yaxın vəsait zəlzələdən zərər çəkmiş rayonların bərpasına ayrılıb. Bundan başqa, zəlzələdən
XS
SM
MD
LG