Accessibility links

Zəlzələdən sonra Yaponiyada su və ərzaq çatışmazlığı mövcüddur


Ötən həftə iki güclü zəlzələnin təsirinə məruz qalan Yaponiyanın cənub bölgəsində yardım işçiləri evlərindən qaçan minlərlə insanı ilkin humanitar yardımla təmin etmək üzərində işləyir.

Kyuşu adasından evakuasiya edilən yüz mindən çox insan müvəqqəti sığınacaqlar məskunlaşaraq, çadırlarda və ya maşınlarında gecələyir, soyuq havadan qorunmağa çalışır. Düşərgələrdə su və qida çatışmazlığı ciddi problem olaraq qalır.

Kəçən cümə axşamı 6.5, şənbə günü isə 7.3 bal gücündə zəlzələ nəticəsində baş vermiş torpaq sürüşməsi yardım işçilərinin kiçik kəndlərə getməsinə ciddi problemlər yaradıb.

İki zəlzələ nəticəsində ən azı 44 nəfər həlak olub, mindən çox insan isə yaralanıb. Minamiaso şəhəri yaxınlığında 8 nəfərin itkin düşdüyü bildirilir.

Sərnişin təyyarələrinin Kumamoto hava limanına uçuşu bərpa olunsa da, aeroportdan hələ də təyyarələr havaya qalxmır. Buna səbəb terminal binasındakı zədələrin təhlükəsizlik yoxlanışlarına ciddi maneə törətməsidir.

XS
SM
MD
LG