Accessibility links

Zəlzələyə davamlı yeni bina [Video]


Zəlzələyə davamlı yeni bina
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Zəlzələyə davamlı yeni bina

ABŞ-ın Qərb saihili kimi zəlzələ riskinin yüksək olduğu yerlərdə çoxmərtəbəli bina inşa etmək məsuliyyətsizlik kimi görünə bilər, amma inşaat mühəndisliyindəki son irəliləyişlər sayəsində bu yaxınlarda Los Ancelesdə 8,3 bal gücündə zələzələyə davamlı 73 mərtəbəli hotel inşa ediləcək.

Wilshire Grand Center
Wilshire Grand Center

Qaldırıcı krana yapışdırılan video kamera polad mizin 338 metr hündürlüyündə olan Kaliforniyanın ən yüksək binasının təpəsinə yerləşdirilməsini çəkib.

Hotel, mağaza və ofislərdən ibarət bu bina həm də ən böyük davamlı beton hissəsi olduğuna görə dünya rekordunu qırıb. Bu beton hissənin ağırlığı isə 37 min tondur.

Binanın 5 metr qalınlığı olan beton bünövrəsi ilə qabaqcıl polad quruluşu onu, praktiki olaraq, zəlzələyə davamlı edir.

“Bina, seysmik hadisə zamanı əyilir, amma lakin bu əyilmə BRB, yəni 10 metr uzunluğunda enerjini özünə çəkən amortizatorlar tərəfindən yubadılır. Bu isə təpədən aşağı gedən xizəkçinin təpədən sürüşmək üçün xizək çubuqlarına arxalanmasına və enerjisini qolları ilə özünə çəkməsinə bənzəyir,” Kristofer Martin deyir.

Bina, seysmik hadisə zamanı əyilir, amma lakin bu əyilmə BRB, yəni 10 metr uzunluğunda enerjini özünə çəkən amortizatorlar tərəfindən yubadılır. Bu isə təpədən aşağı gedən xizəkçinin təpədən sürüşmək üçün xizək çubuqlarına arxalanmasına və enerjisini qolları ilə özünə çəkməsinə bənzəyir.
Kristofer Martin

Zəlzələ anında böyük mexaniki təzyiqlərə tab gətirmək üçün, yüksək binaların müəyyən dərəcə elastikliyi olmalıdır, ya da mühəndsilərin dediyi ki, onlar əyilgən olmalıdır. Wilshire Grand Center binanın strukturuna heç bir ziyan gəlmədən təxminən yarım metr əyilə biləcək.

“Buna örnək olaraq kağız sancağının əyilməsini göstərmək olar. Kağız sancağı əyilir, amma qırılmır. Müqayisə üçün isə şüşə parçasını götürək. Çəkic vurulanda şüşə bir saniyə içində qırılır. Biz binalarımızın şüşə kimi olmağını istəmitik, onların əyilgən olmağını istəyirik,” deyə UCLA Mühəndislik məktəbindən Tomas Sabol bildirir.

Kompyuter simulyasiyaları o qədər inandırıcı idi ki, memarlar hotlin lobbisini binanın ən təpəsndə yerləşdirmək qərarına gəliblər.

Binanın bir sıra digər qabaqcıl texnologiya xüsusiyyətləti var. Bunların sırasına dekorativ bitkilərin irriqasiyası üçün su reklamasiya sistemi, dinamik LED işıqları olan divarları və 16 sürətli iki mərtəbəli lift, eləcə də yanğınsöndürənlər üçün xüsusi lift daxildir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG