Accessibility links

Zəncanda planlaşdırılan etiraz aksiyası baş tutmayıb

  • Insafəli Hidayət

Zəncanda planlaşdırılan etiraz aksiyası baş tutmayıb

Zəncanda planlaşdırılan etiraz aksiyası baş tutmayıb

Son bir neçə gündür azərbaycanlı fəallar bu həftə sonu zəncanlıları, Urmiyə və Təbrizdə bir neçə həftə əvvəl olduğu kim Urmiyə gölünün qurumaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda ciddi əhatəli bir tədbir , bir layihə hazırlamamasına və məsələ barədə rəsmi münasibət bildirməməsinə etiraz olaraq irimiqyaslı nümayişlər keçirməyə çağırmışdılar. Bu barədə İranda fars və türkdilli bir neçə sayt məlumat yaymışdı. Buna baxmayaraq bu gün Zəncandan çox çətinliklə ala bildiyimiz xəbərlərdə bildirilib ki, adi zamanlarda heç beş yüxdən çox polis saxlamayan şəhərdə bu gun yarısımülki geyimli olmaqla, üç mindən dörd minə qədər polis yerləşdirilib ki, bəzi xəbərlərə görə böyük xiyabanlarda hər metrdən bir bir polis işçisi gözləyir.

Xəbərlərdə yazılır ki, buna əlavə olaraq bu gün Zəncanda bütün hündür binaların yuxarı mərtəbələrinə və ya damlarına əllərində kameralar və foto aparatlar (dürbün) olan məmurlar yerləşdirilib . Təbriz, Urmiyə və İran Azərbaycanının başqa şəhərlərində elədikləri kimi bu hündür binalarda insanların şəklini və video yazısını çəkən məmurlar daha sonra əllərindəki məlumatlar və siyahılar əsasında bu adamların şəxsiyyətlərini müəyyənləşdirir və gedib onları evlərində ya da iş yerlərində tuturrlar.

Dünən də xəbər verdiyimiz kimi artıq hardasa iki həftədir ki, Zəncanda həbslər davam edir və butəqib və təzyiqlər senttyabrın 13-də şəhərdə səksən nəfərin həbsi ilə başlanmışdı. Bu həftəsonu Zəncanda böyük nümayişlərin keçiriləcəyi barədə xəbərlərin yayılmasından bəri də neçə gündür ki, nümayişlərdə yax onların təşkilində iştirak edə biləcəklərindən şübhələnilən çoxlu Azərbaycanlının evlərinəvə iş yerlərinə basqın edilmiş onlar heç bir açıqlama verilmədən ittihamsız həbs edilmişlər. Hətdə bəzi saytların yazdığına görə bəzi cavanlar heç evlərinə ya da işlərinə getmədən polis tərəfindən küçədə yeridikləri vaxt tutulmuşlar.

Bu arada son xəbərlərdə bu da bildirilib ki, Zəncan polisi hatda küçədə iki adamın da bir yerdə toplaşmasına icazə vermir. Müxtəlif saytların yazdıqlarına görə şəhərin mərkəzi küçələrinə, çoxu mülki geyimdə minlərlə polis yerləşdirilib. Əsas məydança və xiyabanlarda hər bir mətrə bir məmur düşdüyü deyilir.

XS
SM
MD
LG