Accessibility links

Zəncanın qurğuşun və sink zavodunun bölgənin su və havasını çirkəndirməsinə etiraz olaraq avqustun 15-də keçirilən ikinci böyük aksiyalar zamanı İran polisinin əhaliyə qarşı şiddətli güc tətbiq etdiyi və bir neçə etirazçını nəzarət altına aldığı bildirilir.

Zavodun bir ay ərzində bağlanacağına söz verən Zəncan vilayət məsullarına inanmadıqlarını deyən etirazçılar məsulların bundan öncə də vəd verib, sözlərinə əməl etmədikləri ilə bağlı şüarlar səsləndirib.

Oyan News veb səhifəsinin məlumatına görə, “Zəncan bizim şəhərimiz, sağlam hava haqqımız”, “Zavodun bağlanması, yalandır yalandır!” və “Qurğuşun istəmirik, istəyimiz sağlam hava” kimi türkcə və farsca şüarlar səsləndirən əhalinin təşkil etdiyi aksiyanı “Zəncan əhalisinin tədrici ölümünə etiraz” kimi qiymətləndiriblər.

Xəbər saytları bu etirazların əsasən zəncanlı qadınların təşəbbüsü ilə təşkil edildiyini qeyd edib.
XS
SM
MD
LG