Accessibility links

Zəncan vilayətində keçirilən “təbliğatçılar üzrə ekspert konfransı” adlı tədbirdə vilayət məsulları Zəncanlı din xadimlərindən İslam və İnqilab dəyərlərini təbliğ etmək üçün sosial şəbəkələrdə daha artıq fəaliyyət göstərmələrini tələb ediblər.

Zəncanın İmam Sadiq Hövzəsinin (şiə elmi təhsil mərkəzi) müdiri, Zəncan Ədliyyəsinin sədr müavini və vali müavini din təlimləri, əxlaq, milləti dövlətə yaxınlaşdırmaq kimi məsələlərin din xadimləri tərəfidən sosial şəbəkələrdə təbliğ edilməsinin zəruri və vacib olduğunu vurğulayıblar.

İmam Sadiq Seminariyasının müdiri Höccətül-İslam Nasir Məhəmmədi sosial şəbəkələrin toplumun bütün təbəqələrin diqqət mərkəzində olduğuna işarə edərək, ona nəzarət etməyin əhəmiyyətindən danışıb.

“Sosial şəbəkələr toplumun bütün fərdlərini öz içinə alaraq onların yaşam tərzini təsir altına alır. Bu şəbəkələrin dağıdıcı və zərərli təsirləri təhdid hesab edilir, amma doğru idarəetmə ilə bu təhdidi ən aşağı səviyyəyə düşürmək mümkündür,” deyə Höccətül-İslam Məhəmmədi ifadə edib.

Zəncan valisinin müavini isə əhalinin hakimiyyət, dövlət və icra qurumlarına qarşı etimadını cəlb etmək məqsədi ilə gərəkli təbliğatın aparılmasını istəyib.

XS
SM
MD
LG