Accessibility links

İran Azərbaycanının Zəncan şəhərinin İmam Mədəniyyət Mərkəzində mədəni fəallar tərəfindən əhali üçün “Türk dili və ədəbiyyatı” sinifləri təşkil edilib.

İnternet səhifələri və sosial şəbəkələrdə yayılan elanlara istinadən, dil bilgisi (sərf), dil bilgisi (səs), nəsr, kitab oxuma, Dədə Qorqud oxumaşeir siniflərindən ibarət olan layihə iyulun 6-dan fəaliyyətə başlayıb.

İmam Mədəniyyət Mərkəzinin şeir otağında təşkil olan siniflərin pulsuz və bütün əhaliyə açıq olduğu bildirilir.

Zəncan vilayəti İran Azərbaycanının önəmli mədəniyyət mərkəzlərindən sayılır. İran dövlətinə bağlı “Umumi Mədəniyyət Şurası”-nın göstəricilərinə görə, Zəncan vilayətində əhalinin 94.4 faizini türklər təşkil edir.

1971-ci ildə Pəhləvilər dönəmində vilayət kimi müəyyənləşmiş Zəncan bölgəsi Qacarlar dövründə Azərbaycan vilayətinin bir parçası olub.

XS
SM
MD
LG