Accessibility links

İran mediası ötən günlərdə Zəncan şəhərinin yaxınlığında keçirilən böyük Yaylaq Festivalı ilə bağlı məlumat yayıb. Öləndilbər yaylağında təşkil edilən festivalda bölgədəki köçəri türk tayfalarının yaşayış tərzi, adət ənənələri və gündəlik həyatını əks etdirən səhnələr nümayiş etdirilib.

İyun ayının 18 və 19-da keçirilən yaylaq festivalında oyunlar, yarışlar və aşıqların çögür ifası kimi proqramlarla yanaşı, köçəri tayfaların ənənəvi yeməkləri və əl sənəti nümunələri də sərgilənib.

İran Radio və Televiziya Qurumuna bağlı olan YJC xəbər agentliyinə istinadən, bölgənin köçəri tayfaları adətən iyul və avqust aylarını Öləndilbər yaylağında keçirirlər.

İran Azərbaycanının Zəncan vilayətində yaşayan ən məşhur köçəri qrupları Şahsevən, Bayat, Osanlı, Muqəddəm və Xudabəndə kimi türk tayfalarından ibarətdir.
XS
SM
MD
LG