Accessibility links

Zərdüşt Əlizadə: Azərbaycanla İran əkiz qardaş deyil, - kimisə birgə sevə və ya nifrət edə (Video-müsahibə)


Politoloq İranda seçkilərin daxili və xarici təsirlərindən danışır

Şərqşünas Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində İranda keçirilən prezident seçkiləri, yeni qurulacaq hökumətin daxili və xarici siyasətində gözlənilən yeniliklərdən danışıb. İranın azərbaycanlılara və Azərbaycan Respublikasına qarşı siyasətində ciddi dəyişiklik olacağı gözlənilmir.

Müsahibədən seçimlər:

-
İranda islam ideologiyası çərçivəsində müəyyən demokratiya var.
Bu demokratiya mexanizmi artıq 11-ci dəfədir işləyir.

- Hamı İranın siyasətinin mötədilləşməsini və qərblə güclü güzəşt axtarışının başlanmasını gözləyir.

- İran nüvə proqramlarını inkişaf etdirir və iddia edir ki, dinc məqsədlər üçündür. Qərb buna şübhə edir. Həsən Ruhani deyib ki, bu şübhələri dağıtmaq üçün daha geniş şəffaflığa, daha geniş riyazi şəffaflığa imkan yaradacaq.

- Amerikada respublikaçıları demokratlar əvəz etdiyi kimi, İranda da mühafizəkarlarla liberallar arasında rol dəyişikliyi baş verir.

Həsən Ruhaniyə ümid bəsləyirlər ki, o müəyyən yumşalmaya imkan yaradacaq.
- Görünür İran xalqı mühafizəkarların radikalizmindən, sərt bəyanatlarında yorulub və mülayim bir lider tapıb. Həsən Ruhaniyə ümid bəsləyirlər ki, o müəyyən yumşalmaya imkan yaradacaq.

- İran nüvə proqramı ilə bağlı şəffaflığı təmin edib, qərbi inandıra bilsə sərt sanksiyalar götürülə bilər. İran iqtisadiyyatına ciddi təsir edən sanksiyalar hökuməti daha çevik və anlaqlı olmağa vadar edir.

İran iqtisadiyyatına ciddi təsir edən sanksiyalar hökuməti daha çevik və anlaqlı olmağa vadar edir.
- İranda yaşayan azərbaycanlıların hüquqları başqa xalqların hüquqlarından az və ya çox pozulmur. Sadəcə azərbaycanlılar bu məhdudlaşmanı milli amillə bağlayırlar. Bütün vətəndaşların hüquqları islam qanunları ilə məhdudlaşır. Ruhani mötədil siyasət yürütsə ola bilsin ki, milli hüquqlarla bağlı da müəyyən güzəştlər əldə edilə bilər.

- Azərbaycan-İran münasibətlərində mühüm dəyişiklik olacağını düşünmürəm. Münasibətlər müəyyən edilmiş çərçivə daxilində inkişaf edir. Münasibətlərdə müəyyən obyektiv, psixoloji ziddiyyətlər var. Bunlar tarixdən gəlir. Münasibətlərin
İranda yaşayan azərbaycanlıların hüquqları başqa xalqların hüquqlarından az və ya çox pozulmur.
yaxşılaşması üçün hər iki tərəf zümrə maraqlarından deyil, milli maraqlardan çıxış etməlidir.

- Son zamanlar həm İrandan, həm də Azərbaycanda sərt bəyanatlar səslənir. Bu xalqların mənafeyinə uyğun deyil. Bir çox hallarda anti İran beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakını səhnə seçirlər. Bu anormaldır, aradan qaldırılmalıdır, xalqların mənafeyinə cavab vermir.

- Azərbaycan dövlətinin maraqlarından çıxış edib demək lazımdır ki, Azərbaycanın İsrail, Amerika, Rusiya ilə münasibətlərinin İrana dəxli yoxdur. Biz əkiz qardaşlar
Bir çox hallarda anti İran beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakını səhnə seçirlər.
və ya bacılar deyilik ki, ikimiz də birgə kimisə sevək və ya nifrət edək. İranın dost olduğu elə ölkələr var, biz sevmirik, bizim də dost olduğumuz ölkələr var, İran sevmir.

- Əgər iki dövlət düşmənçilik edirsə, biri digərinə qarşı onun daxilindəki milli azlıq kartından istifadə edib onu parçalamaq istəyir. SSRİ-ni belə dağıtdılar. İndi də İranda bu kartdan istifadə edirlər. Əgər birdən-birə Amerika konqresmeni İran azərbaycanlılarının hüquqlarından qayğılanırsa. bu onunla bağlı deyil ki, azərbaycanlıları təmənnasız, ülvi məhəbbətlə sevir. Sevirsə azərbaycanlıların hüquqlarını ermənilər də pozur, onun da qayğısına qalsın. Xeyr, o İranın zəifləməsini istəyir, İrana qarşı təbliğat müharibəsində iştirak edir.
XS
SM
MD
LG