Accessibility links

Zərdüşt Əlizadə: Azadlıq verin görün, bu camaat necə daraşır rüşvətxorların canına [Audio]


Zərdüşt Əlizadə: Mübarək ya bu gün, ya da sabah hakimiyyəti tərk edəcək
Zərdüşt Əlizadə: Mübarək ya bu gün, ya da sabah hakimiyyəti tərk edəcək

Politoloq prezidentin son bəyanatına münasibət bildirib

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibsəidnə president Əliyevin məmurlar və məmur övldaldrının harınlığı ilə bağlı son bəyanatına münasibət bildirib.

Zərdüşt Əlizadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:04:20 0:00

Onun fikrincə, mövcud durum iqtidarın real həyatla özü arasında qurduğu
Neft qaz ticarəti dünyasında yaşayan prezidentimiz artıq öz abstrakt dünyasından çıxıb xalqın real həyatı ilə maraqlanmağa məcbur olur.

istehkamları, qala divarlarını, sədləri o qədər yarıb keçir ki, Azərbaycan xalqının həyatından tam təcrid olunmuş neft qaz ticarəti dünyasında yaşayan prezidentimiz artıq öz abstrakt dünyasından çıxıb xalqın real həyatı ilə maraqlanmağa məcbur olur.

“Prezident xalqın həyatından danışarkən nümayiş etdirdi ki, o məsələlərin həllinə, cövhərinə yox, yalnız təzahürlərinə toxuna bilir, onları anlaya bilir”.

O, prezidentin bəyanatlarının real tədbirlərlə davam etdirilib-etdirilməyəcəyi barədə sualın cavabında deyib:

“Əsla. Əminəm ki, bu, yalnız görüntü xatirinədir. Necə ki, bütün Azərbaycanda yalnız neft-qaz pullarının mənimsənilməsindən başqa bütün proseslər görüntü xatirinə edilir. Görüntü xatirinə ordu qurulur, məhkəmələr keçirilir, dövlət idarələri
Demokratiyanın qənimi olan hakim zümrə var gücü ilə xalqa qarşı amansız müharibə aparır.

işləyir. Bütün bunların hamısının bircə mənası var, neft-qaz gəlirlərinin bir qrup şəxs tərəfindən mənimsənilməsi. Əminəm ki, indi də cəmiyyəti çox narahat edən iqtisadi, ictimai-siyasi hadisələrin cövhərinə toxunmadan yalnız görüntü yaradırlar. Deyirlər korrupsiyaya qarşı mübarizə aparırlar. Hamıya bəllidir ki, korrupsiyaya qarşı mübarizə aparmırlar. Deyirlər hüquqi dövlət qururuq, amma hamı bildir ki, demokratiyanın qənimi olan hakim zümrə var gücü ilə xalqa qarşı amansız müharibə aparır. Deyirlər biz milli mənafeyi müdafiə edirik, Əkrəm Əylislini tənqid edirik. Əslində bu, ifadə azadlığına boğulması və xalqın diqqətinin qalmaqallı korrupsiya məsələlərindən, seçki prosesindən yayındırılmasıdır”.

İndiyədək Azərbaycan xalqının qarşısında duran problemlərin heç biri həll edilməyib.

Politoloq prezidentin bəyanatlarının həyata keçirilməsi üçün real tədbirlər planından danışarkən deyib ki, plan çox asandır.

“Prezident təkdir. O, qurduğu piramidanın başında ən müqtədir insandır. İndiyədək Azərbaycan xalqının qarşısında duran problemlərin heç biri həll edilməyib. Bundan sadə nəticə çıxarılmalıdır ki, hakimiyyət problemləri həll edə bilmir. Xalqa müraciət edilməlidir ki, mənə kömək edin. Bunun da çox sadə yolu var. Vətəndaş cəmiyyəti ilə müharibə aparmaq əvəzinə
Xalq özü harınlamış, azğınlaşmış, qudurmuş adamları qayda-qanuna itaət etməyə çağırmağa başlayar. Bununla tam qələbə çalınar

onlara real azadlıq verilməlidir. Onda görün, bu camaat necə daraşar rüşvətxor məmurların, hakimlərin canına. Xalq özü harınlamış, azğınlaşmış, qudurmuş adamları qayda-qanuna itaət etməyə çağırmağa başlayar. Bununla tam qələbə çalınar. Yoxsa, mən özüm rüşvətxor aparatım vasitəsi ilə rüşvətxor məmurları seçirəm, onları rüşvət müqabilində təyin edirəm, onlar rüşvətlərini çıxarmaq üçün xalqı soyub, büdcəni talayırlar, sonra onların balaları təbii ki, haram mal və puldan yeyib qudurur, harınlayır və başlayır soncuqlayıb, xalqa şıllaq atmağa. Bu zaman xalq qəzəblənib iğtişaşlar törədir. Bu zaman mən çıxıb onlara deyirəm, özünüzü yaxşı aparın. Bu, çox məntiqsizdir.
Bunun əvəzinə vətəndaş cəmiyyətinə azadlıq versin, mətbuat üzərindən basqıları
Büdcəni talayırlar, sonra onların balaları təbii ki, haram mal və puldan yeyib qudurur, harınlayır və başlayır soncuqlayıb, xalqa şıllaq atmağa.

götürsün və indiyəcən çox həqarətlə baxdıqları jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, görün o prezidentin qarşıya qoyduğu, həllini bacarmadığı məsələləri cəmi altı aya necə həll edir”.

O, hökumətin indiki addımlarına rişxəndlə belə münasibət bildirib. “Məsəl var, deyərlər, balıq başdan iylənər, amma quyruqdan təmizləyirlər”.
XS
SM
MD
LG