Accessibility links

Zərdüşt Əlizadə: Səbəb rüşvət pulları, büdcədən, kreditlərdən oğurlanan pullardır (Audio-Müsahibə]


Şərhçi Zərdüşt Əlizadə
Şərhçi Zərdüşt Əlizadə

Siyasi şərhçi Azərbaycanın ATƏT-in Bakı ofisinin səlahiyyətinin azaldılması müraciətindən danışıb. “ATƏT qanunçuluğu, insan haqlarını, düzgün seçkiləri yada salır”.

Siyasi şərhçi Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanın ATƏT-in ofisinin statusunun aşağı salınmasında məqsədindən və hazrki ictimai-siyasi durumdan danışıb.

Siyasi şərhçi Zərdüşt Əlizadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Sual: Azərbaycan xarici işlər naziri ATƏT-in Bakı ofisinin statusunun aşağı endirilməsi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət edib. Fikrinizcə buna səbəb nədir?

ATƏT məşğul olur, qanunçuluğu, insan haqlarını, düzgün seçkiləri yada salır. Azərbaycanın ATƏT-ə, Avropa Şurasına, BMT-yə daxil olarkən götürdüyü öhdəlikləri yada salır.

Cavab: Səbəb neft və qaz pulları, rüşvət pulları, büdcədən, kreditlərdən oğurlanan pullardır. Budur səbəb. Heç kim onlara bu “müqəddəs” işlə məşğul olmağa mane olmamalıdır. ATƏT məşğul olur, qanunçuluğu, insan haqlarını, düzgün seçkiləri yada salır. Azərbaycanın ATƏT-ə, Avropa Şurasına, BMT-yə daxil olarkən götürdüyü öhdəlikləri yada salır. Bütün bunlar bizim hakimiyyətin xoşuna gəlmir.

Sual: Necə hesab edirsiniz, üzv ölkələr ATƏT-in ofisinin statusunun aşağı salınması ilə razılaşacaqmı? Artıq ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi bəyanatla çıxış edib

Azərbaycan deyəcəksə, xoş-zorla olsa da ATƏT bunu qəbul edəcək.

Cavab: Yox, indi bəyanatdan asılı deyil. Beynəlxalq təşkilatla üzv dövlət arasında münasibətlər ikitərəfli qaydada müəyyənləşir. Azərbaycan təmsilçiliyi qəbul edən ölkədir. Azərbaycan deyəcəksə, xoş-zorla olsa da ATƏT bunu qəbul edəcək.

Sual: Bəs, Azərbaycanda demokratiya marağı olan dövlətlər, o cümlədən üzv dövlətlər bununla razılaşacaqmı?

Cavab: Demokratik dövlətlərin Azərbaycanda olan səfirlikləri Azərbaycan hökuməti ilə xoş münasibətlər qurmaq marağındadırlar və ATƏT-ə görə onlar münasibətlərini korlamazlar. Sadəcə Azərbaycan hakimiyyətinin bu hərəkəti onlara Azərbaycanla danışıqlarda hansısa bir üstünlük verir ki, hökuməti qınasınlar və özləri üçün üstünlük təşkil etsinlər.

Sual: ATƏT-in Bakı ofisinin səlahiyyətləri aşağı endirilərsə, ölkədə demokratik proseslərə hansı təsir edə bilər?

Bu halda isə hökumət xalqın qarşısında dura bilməz.

Cavab: Demokratik proseslərin irəli və ya geri getməsi Azərbaycan hakimiyyəti və xalqından, cəmiyyətdən asılıdır. Beynəlxalq təşkilatların nümayəndəlikləri bu məsələdə yalnız yardımçı ola bilər. Prosesdə isə yardımçı əsas rol oynamır. Əgər xalq demokratiyanı, öz hüquqlarını müdafiə etmək əzmindədirsə əlbəttə ATƏT buna yardımçı ola bilər. Bu halda isə hökumət xalqın qarşısında dura bilməz. Yəni xalq hökumətdən qat-qat güclüdür.

Doğrudur bu gün müxalifət partiyaları, vətəndaş cəmiyyəti hökumətdən zəifdir. Amma, xalq ayağa qalxanda istənilən mürtəce quruluş, hökumət devrilir, geri çəkilir. Demokratiyanın inkişafı və ya orta əsr feodal-bolşevik quruluşunun qalması xalqdan asılıdır.

Sual: Bununla yanaşı son etiraz aksiyalarını hökumət birmənalı qəbul etmir və çoxsaylı insanları həbsə atıb. İndi də N!DA Vətəndaş Hərəkatının üzvlər həbsə atılır. Belə bir mübarizə fonunda siyasi situasiyanın gələcək inkişafını necə görürsünüz?

Hüsnü Mübarək dünyanın özündən razı liderlərindən biri idi. İndi haradadır? Xəstə, ahıl, qoca bir adam həbsxana xəstəxanasında ömür-gün keçirir. Yəni bu bir görk olmalıdır, örnək olmalıdır.

Cavab: Hələlik hökumət vətəndaş cəmiyyətindən güclüdür. Ancaq bu güc ötəridir. Tarixin qanunları var. Cəmiyyətlərin inkişaf qanunları var. Bu qanunları hansısa müstəbid, hansısa əyalət təfəkkürlü məmur dəyişə bilməz. Əminəm ki, Azərbaycanda cəmiyyətin inkişafı, siyasi proseslərin inkişafı müəyyən bir mərhələyə çatanda bu hökumətin indi özlərindən razı, göydə uçan, xalqı saymayan, vətəndaş cəmiyyətinin üzvləri ilə təhqiramiz danışan üzvləri ya qazamatda olacaqlar, ya qaçıb xaricdə bəyanatlar verəcəklər, ya da yazıq gününə düşüb müttəhimlər kürsüsündə əyləşəcəklər.

Hüsnü Mübarək dünyanın özündən razı liderlərindən biri idi. İndi haradadır? Xəstə, ahıl, qoca bir adam həbsxana xəstəxanasında ömür-gün keçirir. Yəni bu bir görk olmalıdır, örnək olmalıdır. Amma, bunu anlamaq üçün ən azı düşünməyi bacarmaq lazımdır. Təəssüf ki, Azərbaycan hökumətində düşünməyi bacaran və başını qaldırıb xalqı düşünənlər çox azdır.
XS
SM
MD
LG