Accessibility links

Meksikada qəddar Zeta narkotik maddə kartelinin təməlini qoyanlardan biri Qaldino Mellado Kruzun hərbiçilərlə atışma zamanı öldürüldüyü bildirilir. Meksika rəsmiləri sərhəddə yerləşən Reynosa şəhərində Qaldino Mellado Kruzla birlikdə digər 6 nəfərin də öldürüldüyünü təsdiq edib.

Vaxtilə 30 xüsusi təyinatlı döyüşçüdən biri olan 41 yaşlı Mellado Kruz cinayətkar Zeta dəstəsini yaratmışdı. Bu dəstə öz müttəfiqləri ilə qanlı parçalanmadan əvvəl Körfəz Kartelinin icraçısı kimi fəaliyyət göstərib.

Mellado Kruz öldürülərkən hələ də kartelin üzvü olub-olmadığı məlum deyil.
XS
SM
MD
LG