Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Martın 30-da Naxçıvan Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zeynal Bağırazadənin apellyasiya şikayətini təmin etməyib. Məhkəmə Babək Rayon Məhkəməsinin Zeynal Bağırzadə haqda çıxardığı hökmü qüvvədə saxlayıb.

Zeynal Bağırazdə bu il fevralın 2-də Babək Rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Zeynal Bağırzadə ötən il noyabrın 16-da həbs olunub. O, Cinayət Məcəlləsinin 315.1-ci maddəsi (zorakılıq tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) ilə ittiham edilib. İbtidai istintaqın yekunlarına görə, ittiham 315.2-ci maddəyə (hakimiyyət nümayəndəsinə həyat üçün təhlükəli olan zorakılıq tətbiq etməklə müqavimət göstərmək) tövsif olunub.

Babək Rayon Məhkəməsi Z.Bağırzadəni 315.2-ci maddə ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə 2012-ci ildə çıxarılmış hökm üzrə şərti cəza müddətini də bunun üzərinə gəlib.

Zeynal Bağırzadə ittihamı qəvbul etmir və həbsini siyasi sifariş hesab edir. Bağırzadə bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin əməkdaşlarının iştirakı ilə ona qarşı təxribat hazırlanıb.

Belə ki, həbsdən bir neçə gün öncə Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları fonda ödənişi tələb ediblər. Y.Bağırzadə evdə olmayıb. Faiq İsmayılov adlı məmur ev sahibinin ünvanına xoşagəlməz ifadələr işlədib. Z.Bağırzadə bununla bağlı Fonda gedərək bu adamları tapıb, hadisəyə görə etirazını bildirb. Sonra prokurorluğa şikayət ərizəsi verib. Z.Bağırzadənin ərizəsi ləğv edilib, proses tam əleyhinə yönəlib. Sonunda da 7 il yarım şərti işindən qalan cəza hissəsi indiki cəza hissəsinin üstünə gəlməklə 8 il azadlıqdan məhrum edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG