Accessibility links

Florida rəsmiləri həftə sonu ştatın cənub bölgəsində, 2.5 kv-km. ərazidə Zika virusuna daha 10 yoluxma halının qeydə alınmasından sonra federal hökuməti virusa qarşı mübarizədə yardıma çağırıb.

​Qubernator Rik Skott bu addımı bazar ertəsi Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzinin hamilə qadınlara Mayaminin Zika virusuna yoluxma hallarının qeydə alındığı şimal bölgələrinə səfər etməmək barədə xəbərdarlığından sonra atıb.

Florida federal hökumətdən yardım gözlədiyi bir vaxt, qubernator Rik Skott ştatda Zika ilə mübarizənin davam etdiriləcəyini deyib.

Ağ Ev Florida qubernatorunun müraciətinə əməl olunacağını bildirib. Ağ Evin sözçüsü Erik Şults müxbirlərə Xəstəliklərə Nəzarət Mərkəzinin qrupunun virusla mübarizə məqsədilə Floridanın cənubunda qubernator Skotun komandası ilə birgə çalışacağını deyib.

XS
SM
MD
LG