Accessibility links

Zika virusunun Amerika qitəsində yayılma ehtimalı [Video]


Ümumdünya Səhiyyə Təşkilatı ağcaqanadların səbəb olduğu Zika virusunun Amerika qitəsində yayılma ehtimalı barədə xəbərdarlıq verib. Tropik virus bir neçə insanın artıq ölümünə səbəb olub.

Rio de Janeiro laboratoriyası sürətli təhlillərlə virusun aşkanlamsına nail olur. Zika virusu körpələrin başlarının anormal dərəcədə kişik olmasına yol açır.

Braziliya mikrosefaliya doğuş defektlərinin ən çox müşahidə edildiyi ölkədir. Ümumdünya Səhiyyə Təşkilatı 2010-cu ildən bəri xəstələrin sayının 30 dəfə yüksək və hazırda bu göstəricinin 4 min nəfər olduğunu bəyan edib.

Laboratoriya işçisi Marko Kollovati: “Vəziyyət təşviş doğurur. Bu, fövqəladə vəziyyətdir. Təkcə Braziliya üçün deyil, qlobalizasiya, iqlim dəyişikliyi və temperaturun artmasına məruz qalan ölkələr də təhlükə altndadır.”

Qan təhlilləri Zika virusunun aşkarlanmasına kifayət etmir. Laboratoriyada xəstəliyin simptomları qan təhlili ilə bərabər diaqnozlaşdırmaya yardım edir.

Laboratoriya işçisi Marko Kollovati: “Biz artıq mikrosefaliyaya yoluxmuş bir nəslə malikik. Bu insanları ömürləri boyu problemlər yaşayacaq. Bu, fiziki və əqli inkişafın qarşısını alır.”

21 yaşlı Daniela Alves de Jesus Zika virusuna bu yaxınlarda yoluxub. O, laboratoriyaya təhlillərin davamı üçün gəlib.

"Mən yerimdən belə dura bilmirdim. Yardım olmadan yeyə bilmirdim. Qardaşım məni yedizdirirdi. Çəngəli əlimlə tuta bilmirdim. Ağrıyırdı. İndi də çox yavaş yeyirəm. "

ÜST-nın direktoru Marqaret Çan xəstəliyin Kanada və Çilidən başqa Amerika qitəsindəki digər ölkələrə yayılma riskinin yüksək olduğunu deyir.

"Zika virusu yeni coğrafi ərazilərdə yayılır. İnfeksiyanın yayılma riski hamiləlik dövründə xüsusilə yüksək olur. Uşaqlar kiçik başlarla doğulur."

Zika ilə mikrosefaliya arasında əlaqə dəqiq müəyyən edilməyən ölkələrdə isə qadınlara gələn 2 il müddətində hamilə qalmamaq məsləhət görülür.

XS
SM
MD
LG