Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunun yayılmasına beynəlxalq cavabı müzakirə edəcək


Ümumdünya Səhiyyə Təşkilatının direktoru Marqaret Çan

Ümumdünya Səhiyyə Təşkilatının direktoru Marqaret Çan

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunun yayılmasına beynəlxalq cavabı müzakirə etmək üçün gələn həftə təcili iclas keçirəcək. Xəstəliyin anadangəlmə nadir qüsurlara səbəb olması ilə bağlı dərin narahatlıqlar mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru Marqaret Çan cümə axşamı Cenevrədə keçirilən xüsusi iclasda deyib ki, 1947-ci ildə ilk dəfə Uqandada aşkar edildikdə virusun insanlara az təhlükə yaratdığı düşünülürdü.

Lakin onun sözlərinə görə, o vaxtdan dünyanın bir çox yerlərində yayılıb virus nevroloji fəsadlarla əlaqələndirlilir.

“Keçnə il virus Amerika qitəsində aşkar edilib və indi intensiv şəkildəyayılıb. Bu günə kimi regionda 23 ölkə və ərazidə virusun yayıldığı haqda məlumat verilir. Bu, həyəcan doğuran olduqca yüksək səviyyədir. Virusun yayılması başları anormal dərəcədə kiçik uşaqların dünyaya gəlməsi hallarının artması ilə əlaqələndirilir”-deyə Marqaret Çan bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru Zika virusu və uşaqların qüsurlarla anadan olması halları arasında birbaşa əlaqənin hələ dəqiq təsdiq edilmədiyini xüsusi vurğulayıb. Lakin o deyib ki, bununla bağlı ciddi şübhələr var və bu, virusun yaratdığı riskin orta təhlükəli səviyyədən həyəcan doğuran səviyyəyə qalxdığını göstərir.

Marqaret Çan gələn həftə Cenevrədə keçiriləcək təcili iclasda beynəlxalq narahatlıqlarla bağlı müvafiq məsləhətin verilməsini və virusun təsirinə məruz qalmış ölkələrdə götürülməsi lazım olan ölçülərin müzakirə edildiyini bildirib.

Zika virusu adını 1947-ci ildə ilk dəfə meymunlarda aşkar edildiyi zaman Uqandadakı meşənin adından götürüb. Virusun ağcaqanadlar vasitəsilə keçərək, yalnız meymunlara təsir etdiyinə inanılırdı. İnsanlara keçdikdə, onun orta təsircə malik olduğu hesab edilirdi.

Braziliyada, Cənubi və Mərkəzi Amerika ölkələrində xəstəliyin yayılması ağcaqanadların sayının azaldılması səylərinin artırılmasına gətirib çıxarıb.

XS
SM
MD
LG